Həyatı
Mahal Yunis oğlu Əliyev 1948-ci il sentyabrın 18-də Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1971-ci ildə ali təhsilinni başa vurub. Vedi rayonunun Şirazlı kənd orta məktəbində müəllim işləyib. Hələ ali məktəbdə oxuyarkən "Sovet Ermənistanı" qəzetində jurnalistlik fəaliyyətinə başlayıb.
1972-78-ci illərdə Krasnoseloda çıxan "Dostluq" rayon qəzetində tərcüməçi, 1978-80-ci illərdə Ağbulaq kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini işləyib.
1980-ci ildə rayon partiya komitəsinə təlimatçı vəzifəsinə irəli çəkilib. 1983-cü ilin üyun ayında Krasnoselo rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilib və azərbaycanlıların Krasnoselo rayonundan zorla çıxarılması ilə əlaqədar 1989-cu ilin fevralına kimi həmin vəzifədə çalışıb. Deportasiya ilə əlaqədar olaraq bakı şəhərinə köçmüş və 1989-cu ilin May ayından Bakı şəhəri Nərimanov rayon İcraiyyə Komitəsində təşkilat işi şöbəsinin müdiri kimi işə başlayıb, 1990-cı ildə RİK-nin sədr müavini seçilib, 1991-ci ildə Nərimanov rayon təhsil şöbəsinin müdiri təyin edilib. 1992-ci ilin sentyabrında S.C.Pişəvari adına humanitar fənlər gimnaziyasının direktoru vəzifəsinə təyin edilib.
Xeyirxah, elinin-obasının qədr-qiymətini bilən Mahal Əliyev 2002-ci ilin əvvəllərindən Bakı şəhəri Nizami rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Ailəlidir; həyat yoldaşı Sura xanım ali təhsilli müəllimədir. 7 övlad atasıdır: Sevil, Sədaqət, Rəna, Sevinc, Kifayət, Pərviz, Şəbnəm.
Tarix: 05.02.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Qərbi Azərbaycan