Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məkrufə Hacırəhimova

Həyatı
1978-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş və həmin ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni bitirmişdir. Həmin ildən etibarən o, mühəndis-proqramçı kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə bir çox layihələrin proqram təminatının işlənməsində fəal iştirak etmiş, 1993-cü ildən etibarən böyük və aparıcı mühəndis vəzifələrində çalışmışdır. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. “Elektron sənədlər dövriyyəsi”, “Elektron arxiv”, “Tapşırıqların icrasına nəzarət sistemi” layihələrinin proqram təminatının müəllifidir.

Hal-hazırda “İntellektual korporativ şəbəkə (KŞ) və sistemlərin yaradılması” istiqamətində “Elektron-dövlət çərçivəsində elektron sənədlərin intellektual emalı və dövriyyəsi sisteminin işlənilməsi” mövzusu üzərində elmi araşdırmalar aparır. “Elektron-Azərbaycan” dövlət proqramı tərkibində “E-elm” proqram layihəsinin işlənməsində fəal iştirak edir. "E-dövlət mühitində mətn tipli sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi" mövzusu üzrə 3338.01 - "sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmişdir.

40-dan çox elmi əsərin müəllifidir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.


Tarix: 05.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Qərbi Azərbaycan
loading...