Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namiq Nəbiyev

Həyatı
Namiq Nəbiyev 1968-ci ildə Göyçə mahalının Zərkənd kəndində dünyaya gəlib. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildən 2000-ci ilədək 3 saylı vərəm əleyhinə dispanserin baş həkimi, 2000-ci ildən isə 3 saylı şəhər klinik xəstəxanasının yoluxucu xəstəliklər şübəsinin müdiri işləyib. 2006-cı ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Bir sıra mükafatlarla ("Avropa nəşr evi"nin diplomu və medalı, H.Z. Tağıyev adına mükafat, "Hippokrat" jurnalının "Şəfalı əllər" diplomu və s.) təltif edilib, eyni zamanda Azərbaycan Səhiyyə Nazirliyinin "Əlaçı həkim" ordenini alıb, Azərbaycan Veteranlar Birliyinin Fəxri Fərmanına layiq görülüb, Bakı Baş Səhiyyə İdarəsinin bir nezə dəfə "Təşəkkürnamə"sini alıb.

Ailəlidir.


Tarix: 05.02.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Qərbi Azərbaycan
loading...