Həyatı
Məmməd Əhəd oğlu Salmanov yanvarın 1932-ci ildə yanvarın 12-də Ermənistanda Qaraqışlar kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirmişdir, biologiya elmləri doktorudur. Onun çapdan çıxmış elmi əsərlərin ümumi sayı 180, xaricdə çıxmış elmi əsərlərin sayı isə 76 . Məmməd Salmanov 2001-ci ildə AMEA-nın müxbir üzvi, 2007-ci ildə isə həqiqi üzv seçilmişdir.
Əsas elmi nailiyyətləri
XX əsrin 50-ci illərində müxtəlif iqlim-coğrafi şəraitdə yaradılan süni su hövzələrinin (Volqa üzərində-Kuybişev və Kür cayı məcrasında - Mingəcevir su anbarları misalında) formalaşmasında ümumi qanunauyğunluğun təyin və elmi-cəhətdən əsaslandırılması; Kür və Araz çayları hövzəsində uzun müddətli antropogen təsirlərin nəticəsində ekosistemdə mikrogeoloji sukçessiyanın yaranmasının subatı və ekoloji təzadları; Xəzər dənizində üzün maddələr balansının təyin edilməsi. Həmçinin Xəzərdə antropogen evtroflaşmanın ekoloji təzadları və oksigen məsrəfinin artması səbəbləri. "Tətbiqi ekologiyanın əsasları", "Ekologiya və biz", "Bir içim su" dərslik vasitələri kitabları; "Xəzər dənizinin bioloji məhsuldarlığının ekologiyası", "Kür çayı hövzəsinin ekologiyası" monoqrafiyaları. 2 metodik tövsiyyə.
Əsas elmi əsərlərin adları
Azərbaycanın su hövzələrinin müasir ekoloji vəziyyəti (1973, monoqrafiya, Bakı)
Xəzərin məhsuldarlığı proseslərində mikrofora və fitoplanktorun rolu (1987, Moskva "Nauka"-monoqrafiya. Həmin əsər 1994-cü ildə JJR-da çap olunub-Farsca)
Kür çayı və Kür hövzəsinə aid sututarlaror ekologiyası (1996, monoqrafiya, Bakı)
Xəzər dənizinin bioloji məhsuldarlığı və ekologiyası (1999, Bakı -monoqrafiya)
Orta və Cənubi Xəzərin dərin yerlərinin mikrobiologiyası (Həştərxan 2001)
Mükafatlar
AMEA-nın Fəxri Fərmanı - 2002,
"Şöhrət" ordeni - 2005
Vəzifəsi
AMEA Mikrobiologiya İnstitutun direktoru, kafedra müdiri, elmi məşvərətçi.
İş yeri və ünvanı
AMEA Mikrobiologiya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Patamdart şossesi, 40; Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Vaqif pr., 3/39.
Tarix: 06.02.2015 / 16:42 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Qərbi Azərbaycan