Nazim Veys oğlu Veysov - Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı (2005-2014-cü illər).
Həyatı
10 avqust 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Əmək fəaliyyətinə 1967-ci ildən başlayıb.
1974–cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun(indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Mexanikləşdirmə fakultəsini bitirib.
1974-cü ilin noyabrından 1983–cü ilin avqustuna qədər Xanlar(indiki Göygöl) rayonunun heyvandarlıq sovxozunda baş mühəndis, 1983-cü ilin oktyabr ayından 1986–cı ilin avqust ayına qədər isə Xanlar(Göygöl) rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib.
Nazim Veysov 1979–cu ilin mart ayında Sov.İKP sıralarına daxil olub. 1987-ci ilin iyul ayından 1990–cı ilin fevral ayına qədər Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib. 1992-ci ilin mart ayından 1999–cu ilin aprelinədək Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib.
1993–cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının üzvü olan Nazim Veysov 1993–cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İki seçki Yeni Azərbaycan Partiyası Xanlar rayon təşkilatının sədri seçilb (Sentyabr, 1999 – mart, 2003).
1999-cu ilin aprel ayından 1999–cu ilin oktyabr ayınadək Xanlar Rayon İcra Hakimiyyəti başçısının müavini, 1999-cu ilin oktyabrından 2003–cü ilin martınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.
24 mart 2003-cü ildən 11 aprel 2005-ci il tarixinədək Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, 11 aprel 2005-ci ildən 8 oktyabr 2014-cü il tarixinədək isə Şəmkir Rayon İcra Hakimiyyətinın başçısı vəzifəsində işləyib.
Ailəlidir, üç övladı var.
Tarix: 05.02.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Qərbi Azərbaycan