Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlqar Nəcəf

Həyatı
İlqar Nəcəf 3 mart 1975-ci ildə Ermənistanın Ararat rayonunda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən oranı tərk edərək Azərbaycana köçüb. Təhsilini Sumqayıtdakı 12 saylı məktəbdə davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993-1997).

2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq “Avanti” layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib.

Ailəlidir. 3 övladı var.

2005-ci ildə “Buta Film” kino şirkətini təsis edib.

.



Filmoqrafiya
Kölgəsiz komalar (senari muəllifi, rejissor, prodüser - 2001)
Bir qoca var... (senari muəllifi, rejissor, prodüser -2002)
Altıaylıq (prodüser, 2005)
Sirat körpüsü (prodüser 2007)
Leninə məktub (prodüser - 2009)
Arxası qibləyə (prodüser - 2009)
Teatral həyat (senari muəllifi, rejissor, prodüser - 2009)
Neftlə çəkilmiş portret (prodüser- 2010)
Buta (senari müəllifi, rejissor, prodüser- 2011)
Yuva (prodüser-2012)


Tarix: 06.02.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Qərbi Azərbaycan
loading...