Istambula qədər gəlib çıxmış və onun divarları ynında dəfn edilmişdir.
O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) böyük səhabəsidir, tam adı Xalid ibn Zeyd ibn Kuleybdir, bəni ən-Nəccar qəbiləsindəndir.
Ləqəbi Əbu Əyyub, ənsarlardandır.
Müsəlmanlardan əbu Əyyub əl-Ənsarini tanımayan varmı?!
Allah onun tərifini Şərqdən Qərbə yaymış və alicənab Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun), Mədinəyə hicrət etməsindən sonra, bütün müsəlmanların evləri arasın¬dan onun evini seçib orada yerləşməsi onu taleyin seçdiyi bir şəxs etmişdir. Bu onun fəxrlə yad etdiyi mövzu idi.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) seçiminin Əbu Əyyubun evinə düşməsinin bütöv bir tarixçəsi var ki, onu rəvayət etmək və təkrarlamaq çox xoşdur.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə, onun sakinləri tərəfindən böyük səmimiyyətlə qəbul edilməsini gördü. Belə qəbul ancaq qonaq gəlmiş adama göstərilir...
Ona tərəf baxan gözlərdən bir-birini sevən insanlara xas olan hərarət şüalanırdı...
Mədinə sakinləri Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) öz ürəklərini açmışdılar və o, oonların ürəklərində ən yüksək yer tutmuşdu.
Lakin hicrət etdikdən sonra ilk vaxtlarda Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bir müddət Mədinədən iki mil aralıda yerləşən Kuba kəndində qaldı, orada özünün dini tələblərinə əsaslanan birinci məscidini tikdi.
Bundan sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Mədinəyə yollandı. Tezliklə Yəsribin başçıları onun yolunu tutdular; onların hər biri Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) öz evində qəbul etmək şərəfinə nail olmağa cəhd göstərirdi.
Onlar bir-birinin ardıyca dəvənin yolunu aşağıdakı sözlərlə kəsirdilər:
- Istənilən sayda adamlarla və istənilən ləvazimatla bizim evdə dayan, ey Allahın Elçisi. Biz sənə hər cür mühafizə və tam təhlükəsizlik zəmanəti veririk.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara belə cavab verirdi:
- Dəvəyə toxunmayın, qoy o, ona əmr olunan kimi getsin.
Dəvə öz məqsədinə doğru getməyə davam etdi və adamlar cınqırını çıxarmadan sakitlik içində onu bzləyirdilər...
O, evlərdən birinin yanından ötüb keçəndə həmin evin sahibini qüssə və kədər bürüyür, həm də evi qabaqda olanların qəlbində ümid çırağı yaranırdı.
Dəvə isə şəstlə addımlayır, adamlar isə onun ardınca gedərək, evinin yanında dayanacaq bəxtəvərin kim olacağını bilməyə can atırdılar. Nəhayət dəvə Əbu Əyyub əl-Ənsarinin evinin qabağındakı meydançaya çatdı və orada dayandı...
Lakin Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) dəvədən düşmədi. O yüyəni buraxdı, amma, bir qədər keçdikdən sonra, dəvə yenə də əvvəlki yerinə qayıtdı.
Məhz burada sevinc Əbu Əyyub əl-Ənsarinin qəlbini doldurdu. O Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) hərarətlə salamlayaraq onun yanına tələsdi. Əbu Əyyub Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əşyalarını, sanki bütün dünyanın xəzinəsi kimi, əlində daşıyırdı. Sonra o onları evinə apardı.
Əbu Əyyubun evi birmərtəbəli idi və yuxarısında mansardası vardı. O, öz şeylərini mansardadan yığışdırdı ki, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) orada yerləşdirsin.
Lakin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) birinci mərtəbədə yerləşməyi daha üstün tutdu. Əbu Əyyub onun istəyinə tabe oldu və onu onun üçün əlverişli olan yerdə yerləşdirdi.
Gecə düşdükdə və Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) yatağına girdikdə, Əbu Əyyub arvadı ilə mansardaya qalxdılar və qapönö arxalarıyca bağlamağa macal tapmamış, Əbu Əyyub arvadına tərəf çevrilib ucadan dedi:
- Vay sənin halına, biz nə etdik?! Necə olar ki, Allahın Elçisi aşağıda olsun, biz isə yuxarıda olaq, yəni ondan yuxarı olaq?! Bu necə olacaq ki, biz Allahın Elçisindən yuxarıda olaq?! Doğrudanmı biz Ilahi vəhyləri ilə Peyğəmbərin arasında qalacağıq?! Onda, biz batdıq!
Ər-arvad ikisi də özlərini olduqca utancaq və tövbə ilə qarışıq çıxılmaz bir vəziyyətdə hicc edirdilər. Onlar indi qətiyyən nə edəcəklərini bilmirdilər.
Çaşıb qaldıqdan bir müddət sonra ər-arvad mansardın elə bir hissəsinə keçdilər ki, ora biləvasitə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) üstündə deyildi. Onlar mansardın kənarları ilə ehtiyatla yeriməyə çalışaraq onun mərkəzinə yaxın durmaqdan çəkinirdilər.
Səhər Əbu Əyyub Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) dedi:
- Allaha and olsun, biz bütün gecəni gözümüzü yummamışıq, nə mən, nə də Umm Əyyub.
- Nə olub ki?! – deyə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ondan soruşdu.
.
Əbu Əyyub dedi:
- Mənim yadıma düşdü ki, mən evin yuxarı hissəsində, sən isə - aşağısında. Mən hərəkət etsəm, üstünə toz-torpaq töküləcək, həm də mən vəhylə sənin aranda qalıram.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ona belə vuyurdu:
- Bunu ciddi hesab etmə! Bizim aşağıda olmağımız yanımıza çoxlu adamların gəldiyinə görə daha münasibdir.
Əbu Əyyub belə rəvayət edirdi: “Mən, soyuq gecələrin birində su səhəngimiz sınana qədər, Allahın Elçisinin iradəsinə tabe oldum. Səhəng düşüb sındıqda ondan axan su mansardanın yarısına yayıldı. Bizim arvadla bir örtüyümüz vardı ki, onu yatanda yorğan kimi üstümüzə sərirdik. Biz onu götürüb suyu təmizləməyə başladıq ki, birdən axıb Allahın Elçisinin üstünə tökülməsin. Səhər Peyğəmbərlə görüşüb ona dedim:
Sən mənim üçün həm ata, həm də anamsan! Mən istəmirəm sən aşağıda olasan, mən isə - hündürlükdə sənin üzərində.
Mən səhənglə olan əhvalatı ona danışdım və o, nəhayət, mənimlə razılaşdı və mansardaya keçdi. Biz də arvadla birinci mərtəbədə yaşamağa düşdük.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Əbu Əyyubun evinin qarşısın¬dakı dəvənin dayandığı meydanda məscidin tikintisi qurtarana qədər təxminən yeddi aya qədər onun evində yaşadı. Bundan sonra, o, məscidin yanında onun və onun zövcələri üçün hazırlanmış yaşayış binalarına köçdü. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Əbu Əyyubun qonşusu oldu və bu, nümunəvi bir qonşuluq oldu.
Əbu Əyyub bütün varlığı ilə Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) sevdi. Öz növbəsində, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) də Əbu Əyyubu doğma qardaşı kimi əziz tuturdu və onların arasında heç bir şərtiliklər mövcud deyildi, onun evini Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özünün ikinci evi sayırdı.
Ibn Abbas rəvayət edir:
- Bir dəfə qızmar günlərin birində Əbu Bəkr məscidə yollandı. Ömər yolda onu görüb soruşdu:
- Belə bir vaxtda səni evdən çıxmağa nə vadar edib?
Əbu Bəkr deyib:
- Məni evdən çıxmağa məcbur edən bərk acmağımdır.
Ömər ucadan səslənib:
- Allaha and olsun, eyni şey məni də evdən çıxmağa məcbur etdi.
Onlar beləcə danışmaqdaykən Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onlara yaxınlaşıb soruıdu:
- Belə bir vaxtda sizi evdən çıxmağa nə vadar edib?
Onlar dedilər:
- Allaha and içirik ki, qarnımızda baş qaldırmış güclü aclıq.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ucadan buyurdu:
- Ruhum əlində Olana and içirəm ki, elə mən də o səbəbə görə evdən çıxmışam!
Allahın Elçisi:
- Ardımca gəlin, - deyə onlara buyurdu.
Onlar Əbu Əyyubun evinə yanaşdılar. O hər gün Allahın Elçisi üçün yemək hazır¬layır, o gəlməyəndə isə uşaqlarına yedizdirirdi.
Qapının döyülməsinə Əbu Əyyubun arvadı Umm Əyyub çıxdı və dedi:
- Allahın Elçisini və onunla olanları salamlayıram.
Allahın Elçisi cavabında buyurdu:
- Əbu Əyyub haradadır?
Əbu Əyyub isə bu vaxt yaxınlıqdakı xurmalıqda işlıyirdi, Peyğəmbəri səsindən tanıyıb aşağıdakı sözlərlə ona yaxınlaşıb:
- Allahın Elçisinə və onunla gələnlərə salam olsun, – dedi. – Ey Allahın Peyğəmbəri, sən adətən bizə başqa vaxtda gəlirsən.
Allahın Elçisi buyurdu:
- Bəli, sən haqlısan.
Bundan sonra Əbu Əyyub xurma ağacına tərəf getdi və ondan üstündə yetişmiş xurmalar olan böyük bir budaq kəsdi.
Peyğəmbər ucadan buyurdu:
Mən sənin bu budağı kəsməyini istəmirdim! Sən bizim üçün bu ağacdan xurma yığmamısanmı?
Əbu Əyyub dedi:
- Ey Allahın Elçisi, mən istəyirəm ki, sən əvvəl bu xurmalardan yeyəsən, sonra isə heyvan kəsəcəyəm.
- Heyvan kəsəcəksənsə, eləsini kəs ki, süd verən olmasın, - deyə Peyğəmbər buyurdu.
Bir kök keçi seçərək Əbu Əyyub onu kəsdi və arvadına dedi:
- Xəmir elə və bizə çörək bişir. Sən bu işin öhdəsindən yaxşı gəlirsən.
Sonra o keçinin yarısını qaynatdı, ikinci yarısını isə od üstündə qızartdı. Yemək hazırlanıb Allahın Elçisinin və onun yoldaşlarının qarşısına gətirildikdə, Peyğəmbər bir tikə ət götürüb çörəyin üstünə qoyaraq buyurdu:
- Ey Əbu Əyyub, tez bu tikəni apar Fatiməyə ver, o çoxdandır beləsini dadma¬mışdır.
Peyğəmbər yeyib, buyurdu:
- Çörək, ət, müxtəlif xurma çeşidi, - bu zaman onun hətta gözləri də yaşardı, sanra sözünə davam etdi. – Canım əllərində Olana and olsun, bu, sizin Qiyamət günü diləyəcəyiniz həmin bərəkətdir. Siz bunu alsanız, onda əlinizi yeməyə uzadaraq: “Bismillah!” deyin. Doyduqdan sonra isə: “Bizi yedizdirən və ən yaxşı tərzdə himayəsi altında saxlayan Allaha həmd olsun!”
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ayağa qalxaraq, Əbu Əyyuba buyurdu:
- Sabah bizə gəl.
Allahın Elçisinin, ona bir xeyirxahlıq edənə hədiyyə vermək adəti var idi. Lakin Əbu Əyyubun bundan xəbəri yox idi.
Ömər ona dedi:
- Peyğəmbər sabah səhər onun yanına gəlməyini əmr edir, ey Əbu Əyyub.
- Eşitdim və Allahın Elçisinə itaət edirəm, - deyə Əbu Əyyub dilləndi.
Səhərisi gün Əbu Əyyub Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına getdi. O (ona Allahın salavatı və salamı olsun) ona xidmət göstərməsi üçün bir gənc kölə qız hədiyyə etdi və tapşırdı:
- Onunla yaxşı davran, ey Əbu Əyyub. Bizdə qaldığı bütün vaxt ərzində ondan ancaq yaxşılıq görmüşük.
Əbu Əyyub evə kölə qızla qayıtdı. Onun arvadı Umm Əyyub onu gördükdə, dedi:
- O kimin üçündür, ey Əbu Əyyub?!
- Bizə xidmət üçündür... Onu mənə Allahın Elçisi hədiyyə etdi, - deyə Əbu Əyyub cavab verdi.
- Hədiyyə verən nə qədər böyükdürsə, onun hədiyyəsi də bir o qədər gözəldir! – deyə, arvadı ucadan bildirdi.
Əbu Əyyub dedi:
- O mənə tapşırdı ki, xidmətçi ilə yaxşı rəftar edəsiniz.
Arvadı soruşdu:
- Bəs onda biz necə etməliyik ki, Allahın Elçisinin əmrini və tapşırığını lazımi qədər yerinə yetirə bilək?
- Allaha and olsun ki, mən onu azad etməkdən başqa ən yaxşı bir yol görmürəm, - deyə Əbu Əyyub bildirdi.
Arvadı: - Sən haqlısan, - dedi. – Allah köməyin olsun.
Bundan sonra Əbu Əyyub kölə qızı azad etdi.
Dinclik dövründə Əbu Əyyub həyatında baş verən bəzi hadisələr belə idi. Əgər biz onun bir döyüşçü kimi tərcümeyi-halına diqqət yetirsək, onda orada xeyli gözəl və təqdirəlayiq məqamlar görərik.
Əbu Əyyub bütün şüurlu həyatı boyu Allah naminə müharibələrdə əskər olmuşdur. Onun haqqında hətta deyirlər ki, o, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) dövründən başlayaraq Müaviyənin zamanına qədər müsəlmanların hərbi yürüşlərinin heç birini buraxmamış¬dır. Əgər o yürüşlərin hansı birində iştirak etməmişsə, deməli, bu, onun həmin vaxt digər bir yürüşdə olması ilə bağlı olub.
Son dəfə o, Müaviyənin hazırladığı və onun oğlu Yezidin konandanlıq etdiyi Istambul yürüşündə iştirak etmişdir. Həmin vaxt Əbu Əyyub artıq pirani qoca - təxminən 80 yaşında idi. Lakin bu, Yezidin bayraqları altında orduya qoşulmaqda və Allah naminə açıq dənizə yürüşə çıxmağa ona mane olmadı. Döyüşlər başlayandan az sonra Əbu Əyyub ciddi şəkildə xəstələndi ki, bu hal onun döyüşdə iştirak etməsinə maneə oldu. Yezid onu yoluxmağa gələrək, soruşdu:
- Ey Əbu Əyyub, sənin hər hansı bir istəyin varmı?
O belə cavab verdi:
- Mənim adımdan müsəlman döyüşçüləri salamla və onlara de: “Əbu Əyyub sizə vəsiyyət edir ki, düşmən ərazilərinə mümkün qədər dərinliyə irəliləyin və onu özünüzlə götürüb Istambulun divarları altında ayaqlarınızı basdığınız yerdə basdırarsınız”. Əbu Əyyub bunu deyib keçindi.
Müsəlman əskərlər Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) səhabəsinin son arzusunu yerinə yetirdilər. Onlar düşmənə fasiləsiz hücumlar edərək Istambulun (qala) divarlarına çatana qədər Əbu Əyyubun cənazəsini özləri ilə apardılar.
Orada qəbir qazıb onu dəfn etdilər.
Allah Əbu Əyyub əl-Ənsariyə rəhmət etsin. Onun yeganə arzusu – Allah naminə aparılan müharibədə döyüş atlarının üstündə ölmək idi... O, təxminən səksən yaşında vəfat etdi.
Tarix: 27.04.2013 / 17:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 740 Bölmə: Peyğəmbərlərin Həyatı