Peyğəmbər Əfəndimiz (s.a.v.) insanlığın ən üstün səviyyəsində olmağına baxmayaraq, sahib olduğu dərəcəyə görə təkəbbürlü olmamağı , həyatındakı təvazökarlıq örnəkləri bütün səhabəyə örnək olmuşdur.
Həcc mövsümü gələndə hamı kimi dəvə üstündə həcc edər , xəstələri ziyarət edər, varlı, kasıb, fərq qoymadan hər kəsin hüzüründə iştirak edərdi. Kölələrin dəvətlərini də qəbul edərdi. Tez-tez ayaqqabısını təmir edərdi, paltarlarını yamayardı. Yolda oynayan uşaqlar görəndə yanlarına gedər və salam verərdi.
Rəsulullah Əfəndimizin (s.a.v.) ən yakın dostu ilk xəlifə Hz. Əbu Bəkrin (r.a.) bu məşhur sözləri, Onun təvazökarlıq baxımından Peyğəmbər Əfəndimizi örnək göstərdiyi görünür. "Ey insanlar! Ən yaxşınız olmadığım halda başa gətirildim. Fəqət Quran enmişdir və Rəsulallahın sünnəti ortadadır. Mən olsa olsa Onun təqibçisiyəm. Yeni bir cığır açacaq deyiləm. Əgər gözəl etsəm mənə kömək edərsiniz. Əgər yolumu azsam məni düzəldin. Sözlərimə özüm və sizlər üçün istiğfar edərək son verirəm."(Məvazius-Səhabə, s. 17)
" Allah üçün təvazökarlıq edəni Allah bir dərəcə yüksəldər. Ta ki, onu firdəvs cənnətinin ən yüksək yerinə çatdırar. Allaha qarşı bir dərəcə təkəbbürlük edəni Allah alçaldır. Ta ki, onu cəhənnəmin ən alçaq yerinə çatdırır. Əgər sizdən biriniz qapısı və pəncərəsi olmayan sərt bir qayanın içində gizli bir şey edərsə, gizlətdiyi şey nə olursa olsun Allah onu ortaya çıxarar." (İbni Macə)
Rəsulullah (s.a.v.) bir söhbət vaxtı "qəlbində zərrə qədər təkkəbür olan cənnətə girməyəcək deyə buyurdu."
Bir adam dedi ki; "ya Rəsulullah insan əlbisəsinin ve ayaqqabısının gözəl olmağını istər."Peyğəmbərimiz belə cavab verdi. "Allah gözəldir və gözəlliyi sevər. Təkəbbür isə haqqı inkar etmək ve insanları kiçik görməkdir."(Müslim, Tirmizi)
"Müsəlman qardaşına qarşı təvazökar olan insanı Allah ucaldar. Və ona qarşı üstünlük göstərəni isə Allah alçaldar." (Tabərani)
Kim olursa olsun, onu çağıran birinə "buyurun" deyə cavab verərdi. Bir məclisə gəldiyi zaman hamıya qarşı karşı sevgi və təvazökarlığa görə söhbət edərdi; axirətdən danışsalar axirətdən, yeməkdən danışsalar yeməkdən, dünya barəsində söhbət etsələr dünyadan söhbət edərdi. Söhbətlərinə təbəssümlə qarşılıq verər, qüsurlu ola bilən bir mövzu olduqda müdaxilə etməzdi.
Rəsulullah (s.a.v.) qarşısındakı mömin kim olursa olsun fərqli münasibət göstərməz, hər kəsə eyni cürə hörmət edərdi.
Rəsulullah onun əlini tutan insanın əlini özü buraxmadıqca buraxmazdı. Qarşısındakı üzünü çevirmədən o çevirməzdi. (İbn-i Macə)
"Peyğəmbərin qulağına əyilib bir şey söyləyən insandan başını, o adam başını çəkmədən çəkməzdi. Əlini tutduğu bir adam öz əlini onun əlindən çəkmədikcə çəkməzdi. Peyğəmbərimiz də çəkməzdi. Buraxmadıqca o da buraxmazdı." (Əbu Davud)
"Qəlbində buğda dənəsi boyda imanı olan cəhənnəmə girməz; qəlbində buğda dənəsi boyda təkəbbürü olan cənnətə girə bilməz." (Müslim, Tirmizi)
"Təkəbbürlü və özündə olmayan şeylərlə öyünən biri cənnətə girə bilməz." (Əbu Davud)
"Cəhənnəmə girəcək ilk 3 insan budur: Zalım rəhbər, zəkat verməyən zəngin, öyünən təkəbbürlü kasıbdır." (Buxari)
"Allah gözəldir və gözəlliyi sevər. Təkəbbür isə haqqı qəbul etməmək, insanlara xor baxmaqdır." (Muslim)
Peyğəmbər Əfəndimiz danışanda üzündən təbəssüm heç vaxt əskik olmazdı. Heç kimin qəlbini qırmamış və heç kimin duyğularını incitməmişdi. Ənəs b. Malik peyğəmbərimizin bu mövzuda nə qədər örnək bir insan olduğunu belə buyurur: "On il Rəsulullaha xidmət etdim. Heç bir zaman etdiyim və etmədiyim şeydə görə məni danlamazdı."(Buxari)
"Öyünən mütəkəbbirlər qiyamət günü zərrələr kibi ayaqlar altında yanarlar. Hər kiçik onların üstündə və daha böyükdür. Sonra boləs adında cəhənnəmin bir zindanına atılarlar. Cəhənnəm atəşi onları qapar. Cəhənnəm xalqının yanıb əriyən cəsədlərindən sulanarlar." (Tirmizi)
"Allahu Təala əfv edənin, ancaq izzət və şərəfinin artırdığı kimi, təvazökarlıq edəni də ucaldar." (Müslim)
"Allah, mənə, bir-birinizə qarşı təvazökar olmağınız, heç kimə qarşı iftixar etməməyinizi, heç kimin heç kimə qarşı həddi aşmamağı vəhy etdi." (Müslim)
"Cənabi Haqq, özü üçün təvazökarlıq edəni mütləq ucaldar." (Müslim)
Bu gözəl məqaləni bir mömin bacımız göndərib.Allah ondan razı olsun.
Tarix: 27.04.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Peyğəmbərlərin Həyatı