Egər bu gün hansısa Azərbaycan ailəsində 3 yaşına keçmiş qız uşağı evlərindən qaçıb "ay nənə B......ə ağlayır, gəl bax B.....ni döyürlər" deyib nənəsini evlərinə aparırsa və bu nənə də "ay qız, az danış" deyib, ağlayan gəlininin (gəlini öz qardaşı qızıdır) döyülməsinə haqq qazandırırsa ki, "oğlum əcəb edib öz boşanmış xalası qızını saxlayır, onunla yatıb durur, maaşını alıb ona verir, əcəb edib evə gəlmir" deyirsə və gəlin də anası evinə getmək istəyərkən, onu döyürlər və həmin 3 yaşına keçmiş uşaq nənəsinə "Sən Pis Nənəsən, anamən boynunu cımısan"deyirsə, bu körpə qızcığazın gələcəkdəki psixologiyası necə olacaq?
Siz bunlara nə haqq verirsiniz?
Qaynana öz gəlininə, yəni qardaşı qızına "ay qız ey, mənim də ərimlə yüz problemim olub, gözümün yaşını tökə-tökə ərimin qarşısına yemək qoymuşam otur evində ərin nə etsə odur əcəb edir" deyirsə belə ailələrə nə ad versən?
Böyüklərdən nümunə götürün deyirlər beləmi?
Qaynana-gəlin, ər, uşaq ailə olmaq budurmu?
Budursa, mən qonşumun həyatı kimi həyat istəmirəm. Çünki, bu gün mən qonşu gəlinin həyatını eşidib, görüb yolboyu ağlayıramsa, öz başıma gəlsə nə edərəm? İctimaiyyətin psixologiyası pozulur bu halları görəndə mən necə ərə gedim? Nişanlıyam, amma ailə qurmağa qorxuram. Kim təminat verir ki, mən də bu cür kölə vəziyyətinə salınmış gəlinlərdən olmayacam? Axı haqqında sizə söz açdığım o gəlin məndən 2 yaş böyükdür, cəmi 24 yaşı var :(((
Cəmiyyətdəki qadınlara qarşı bu haqsızlığı görüb mən ərə getməkdən imtina etmək istəyirəm
Tarix: 28.11.2012 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri