Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

40 yaşın varsa, üzünə necə qulluq etməlisən?

Deyirlər, 40 yaşından sonra qadının dərisi onun özünə necə qulluq etməsinə görə aldığı hədiyyə 40 yaşdan sonra dərinin 35 yaşdakı kimi qalma; üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil. yaşından sonra qadın nə etməlidir?

Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza, üzünüzə kölgə salan şlyapa geyinin.
Qışda havaya çıxmazdan 20 dəqiqə əvvəl üzünüzə qoruyucu krem çəkin.
Kosmetik, qırış əleyhinə kremlər qırışları tam açmır, o, dərini süni şişirdir ki, bununla da qırışlar açılmış kimi görünür.
Üzünüzü sabunla yumayın, çünki sabun üzü qurudur və göz ətrafında qırışlar əmələ gətirir.
Üzünüzü yuduğunuz yumşaldır, boşaldır və suyu soda ilə yumşaldın.
Çiməndə üzünüzə duş-dan qaynar su düşməsinə yol verməyin. İsti su məsamələri açır, əzələləri yumşaldır, boşaldır və bununla da qırışları artırır.
40 yaşından sonra üzü kisələmək və masaj etmək olmaz.
Əgər üz dəriniz solğun, ağarmış, məsamələr geniş, buxaq hissə sallaqdırsa, o zaman üzü yığan vasitə lazımdır: 1 çay qaşığı duzu yarım stəkan suda həll edin, pambığı bu suda isladıb, üzə döyəcləməklə yeridin. Üzünüzü və boynunuzu duzlu su ilə silin.
Üzü yumaq üçün bu məhlulu hazırlayın: yarım stəkan suya 20 qr odekalon tökün, bir şüşədə saxlayın. Səhər-axşam üzünüzü bu su ilə yuyun.
«Yatmağa vaxt yoxdur» deyənlər, «yatmaq ancaq cavanlıqda, indi nə yuxu» fikiriəşənlər! Bilin ki, yuxu 40 yaşından sonra qadının xilas yoludur, ömrünü və gözəlliyini artırır. Gecə 2-yə kimi ev işləri görməyi unudun. Gündəlik yuxu rejiminiz azı 8-9 saat olmalıdır. Çünki məhz yuxuda dəri hüceyrələri yenilənir.

Qocalmağa başlamış dəri üçün maska
2 xörək qaşığı bal, 2 xörək qaşığı un, bir yumurta sarısını qarışdırın və üzə çəkin (göz ətrafına qətiyyən olmaz). 20 dəqiqə sonra əvvəl isti, sonra soyuq su ilə yuyun.
100 qr bala 50 ml araq qatın. Üzə çəkib, 15 dəqiqə saxlayın, sonra yuyun. Dərini təmizləyir, dezinfeksiya edir, məsamələri yığır.
Qış-Saçların Qənimidir
Qidalandırıcı və Möhkəmləndirici Maska – Soğanlı

3 xörək qaşığı soğan şirəsi ilə saçların dibini masaj edin. Dəsmalla bağla-yıb, 2 saat saxlayın, sonra ətirli şampunla yuyun.

Ev Şampunu – Qara Çörəkdən

İki dilim qara çörəyi boşqaba qoyub, üzərinə bir az qaynar su tökün, ağzını bağlayın. 10 dəqiqə sonra çörək yumşalacaq, onu qaşıqla əzin, kütlə halını alsın. Sonra ona 1 yumurta sarısı əlavə edin. Bu kütləni saçın dibindən uclarına kimi çəkin, yayın, 5 dəqiqə saxlayıb, yuyun. Şampun istifadə etməyin


Tarix: 23.12.2012 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 513 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...