Baxımlı və gözəl qadın olmaqda əllərimiz çox önəmlidir. Hava dəyişkənliyinin əllərə təsirindən, yəqin ki, çox xanımlar xəbərdardılar. Mütəxəssislər təmizlik işləri ilə məşğul olarkən əlcək taxmağı və sonra isə əl kremindən istifadəni təklif edirlər. Kosmetoloqlar xanımlara əllərin qayğısına qalınması üçün faydalı olan bir neçə kremin elə özləri hazırlaya biləcək qaydasını məsləhət veriblər.
Bu üsullar aşağıdakılardır:
1 ədəd xiyar
1 x/qaşığı acı badam yağı
2 x/qaşığı süd
Hazırlanması: –xiyarın suyu sıxılır, sonra yağ və südlə qarışdırılaraq əllərə tətbiq olunur.
10 qr qliserin
10 qr badam yağı
1 ədəd limon
1 x/qaşığı odekolon
Hazırlanması: – 1 ədəd limonun suyu sıxılır, sonra yağ, qliserin və odekolonla qatışdırıb əllərə sürtülür.
Tarix: 24.12.2012 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri