Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar bir ildə nə qədər paltar alır?

Qadınlar bir il ərzində orta hesabla 28 kq-a yaxın paltar alırlar. İngiltərəli moda mütəxəssisi Laki Siql bu qənaətdədir. O, tədqiqatında İngiltərənin Kembric Universitetinin araşdırmasından faydalanıb. O, “Dünyanın sonu moda olacaq?” kitabında qadınların daha gözəl görünmək üçün həyatları boyu geyimə minlərlə dollar xərclədiyinidə yazıb.

Zərif cinsin nümayəndələri bu qədər paltar alsalar da, heç də hamısından istifadə etmirlər. Belə ki, külli miqdarda pul xərclənərək alınan və qarderobda yer tutan paltardan ən azı 22-i heç vaxt geyinilmir.

Qeyd edək ki, son 30 ildə qadınların paltar alış-verişləri 4 dəfə artıb. Alış-veriş çılğınlığının artmasına səbəb isə onların bir paltardan bir necə dəfə istifadə etməmək istəklərinin böyüməsidir.


Tarix: 22.12.2012 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...