Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuz yaşamaq mümkündürmü?

Yuxunun elə bir hissəsi var ki, insan əsas yuxu tələbatını həmin zaman ödəyir və bu əslində çox az bir müddətdir

Sahib olduğumuz hər şeyi qüsursuz yaradan Allah, ehtiyacımız olanların hər biri üçün lazimi qədər tələbat yardıb.
İnsan üçün əvəzolunmaz bir nemət də yuxudur.

Heç düşünmüsünüzmü insan niyə yatır?
Bu sual əsrlər boyu alimləri də düşündürmüş, lakin dəqiq bir cavab tapılmamışdır.
İnsan həyatının üçdə biri yuxuda keçir. İnsan yatmaqla gün ərzində itirdiyi enerjini bərpa etməklə yanaşı, beynini də dincəldir. Beyinə yüklənən yaddaş, yəni olan hadislər, unudulmaması lazım olan məlumatlar beyindən silinməsə də daha dinc bir şəkildə yuxudan sonra həyatımıza davam edirik.

Əgər biz yatmasaq nə baş verər və ümumiyyətlə yuxsuz yaşamaq mümkündürmü?
Yuxusuzluq insan beyninə öz funksiyasını yerinə yetirməkdə güclü təsir edir. İnsan bir gün yuxusuz qalan zaman əsəbi gərginlik, yaddaş zəifliyi, diqqətin dağılması və yorğunluqla rastlaşır.

İnsan gün ərzində nə qədər yatmalıdır?Tədqiqatlar belə göstərir ki, normal bir insan gün ərzində ən ideal 7 saat olmaqla minimum 5, maksimum 11 saat yata bilər.

Amma bununla yanaşı o da qeyd olunur ki, yuxunun elə bir hissəsi var ki, insan əsas tələbatını həmin zaman ödəyir və bu əslində çox az bir müddətdir, təxminən 15 dəqiqə, köməkçi hissə isə 2 saatdır. Yəni əgər həmin kiçik zaman ölçüsü tapıla bilsəydi insanlar 24 saatın cəmi 2 saat 15 dəqiqəsini yatmaqla yuxu ehtiyaclarını ödəyə bilərdilər.



Siz yuxu rejiminizə önəm verirsinizmi?


Tarix: 05.12.2012 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 416 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...