Dünən gecə bir yeməkdə mövzu qadın kişi əlaqəsinə və aldatmağa gəldi. Masadakılardan ən gənci 17, ən yaşlımız isə 50 yaşında idi. Qəribəsi odur ki bələ yaş aralığında hər kəs aldadılmaqdan şikayətləndi!
Aldadır ya da aldadılırıq?
17 yaşındakı gənc sevgilisi tərəfindən yeni aldadıldığını izah edərkən, digəri də öz əlaqəsini sorğulayırdı. Masadakı kişilərin fikirlərinə görə, bir dəfə aldadan həmişə aldadar.
Həqiqətən də bir dəfə aldadan həmişə aldadarmı? Qadınlar niyə, kişilər niyə aldadar? Bizi aldatmağa sövq səbəblər nədir? Həqiqətən sevdiyimiz birini aldada bilərikmi? Kişilərmi daha çox yoxsa qadınlarmı daha çox aldadır?
Bu gün danışdığım bir neçə adam mənə həqiqətən də “bir dəfə aldadan həmişə aldadar” tezisinin çox da səhv olmadığını söylədi. Məncə aldatmaq üçün o qədər fərqli səbəblər ola bilər ki. Mən insanın həqiqətən çox sevdiyi birini aldada biləcəyinə inanmıram. Əgər əlaqələrdə bəzi şeylər yolunda getmirsə o zaman qadın ya da kişi yeni axtarışlara girir. Nənələrin bir sözü var: “Kişi yataraq, qadın sevərək aldadır.” Əslində nə qədər indiki vaxtda qadınlar da kişilər kimi daha duyğusuz daha fərqli yaşamağa çalışsalar da, bu çox da səhv söz deyil.
Nədənsə aldatma yalnız kişilərə aid edilsə də unutmayaq ki kişilər bunu bir qadınla yaşayır. Yəni yalnız kişiləri günahlandırmaq nə dərəcə doğrudur? Kişi qədər bu vəziyyətdən qadınlar da məsuldur. Ətrafımıza bir baxaq Sienna Miller qədər gözəl qadın Jude Law tərəfindən ya da Jennifer Aniston, Brad Pitt tərəfindən aldadıla bilirsə normal bir qadınının aldadılmaması üçün səbəb nə ola bilər? Həm də öz həmcinslərincə…
Sədaqətsizlik harada başlayır sizcə? Fiziki aldatma mı sədaqətsizlikdir? Məncə aldatma insanın başında başlayar. Bəzən ağılına gələn köhnə bir sevimli ya da yolda qarşılaşdığın biri ilə bir saniyəlik belə bir fantaziya, aldatmanın əsasını qoymaz mı? Bəzən insan arvadını ya da ərini yuxusunda belə aldada bilər. İş belə olunca da dünyada aldadılmayan arvad ya da ər vardırmı sizcə?
Kişilər də aldatmanın ən əhəmiyyətli səbəblərindən biri, kişilərin evləndikdən sonra testosteron hormonunda ciddi ölçüdə eniş yaşamalarıdır. Özünü isbat etmək, həyəcanını yüksək tutmaq üçün aldatma yoluna getdikləri sübut edilmiş. Qadınlarda isə vəziyyət bir az daha fərqlidir. Azalan sevgi, cinsi əlaqələrində əvvəlki həzzi yaşaya bilməmək və intiqam duyğuları daha önə çıxır.
Ancaq mən nə olursa olsun aldatdığında həqiqətən itkiyə uğrayan birinin təkrar aldatmayacağını düşünürəm. Hər nə qədər də araşdırmalar evliliklərin 80 %-nin aldatmaya görə bitdiyini sübut etsə də yenə də “Bir dəfə aldadan həmişə aldadar.” deyə qəti bir şey söyləmək haqsızlıq olar.
Tarix: 25.12.2012 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 571 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri