Hamiləliklə bağlı 9 məsləhət
Günortadan sonrakı gözəllik yuxusu isə ana olmağa hazırlaşanlara rahatlıq gətirir
1. Hamiləlik dövründə dərinin quruması və ya tündləşməsi təbiidir. Buna görə də, çalışın ki, dəriniz həmişə təmiz və nəmli olsun. Bunun üçün sabun əvəzinə təmizlik losyonlarından, isti su əvəzinə isə ilıq sudan istifadə edin.
2. Üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.
3. Harmonlar diş ətlərini yumşaltdığı üçün dişlərinizlə bağlı problemlər meydana gələ bilər. Buna görə də, hər yeməkdən sonra dişlərinizi fırçalamağı unutmayın.
4. Hamiləlik dövründə gecələr ən azı 8 saat yatın. Günortadan sonrakı ?gözəllik yuxusu? isə sizə rahatlıq gətirər.
5. Hamiləlik çatlarının qarşısını almaq mümkün deyil. Ancaq nəmləndirici kremlərlə dərinizin ?elastikləşməsinə? nail ola bilərsiniz.
6. Hamiləlik dövründə fiziki hərəkətlər etmək istəyirsinizsə, mütləq həkiminizlə məsləhətləşin. Çalışın, bu hərəkətlər sizi yormasın.
7. Hamiləliyin 18-ci həftəsinə doğru əzələlərin boşalması və bağırsaqların ?tənbəlləşməsi? qəbizliyə səbəb ola bilər. Bunun üçün təzə meyvə, kəpəkli qidalar, çörək və makaron qəbul edin.
8. Hamiləlik dövründə çəki artdığı üçün qarın nahiyəsində qaşıntılar əmələ gəlir. Belə hallarda krem və yağlarla dərini masaj edə, qan dövranını sürətləndirərək qaşıntını aradan qaldıra bilərsiniz.
9. Hamiləlikdə bəzi qadınların dırnaqları çatlayır və ya sınır. Narahat olmayın. Sadəcə olaraq qab yuyarkən əlcək geyin ya da krem və losyonlardan istifadə edin.
Hamiləlik zamanı stresdən uzaq durun!
Ümumiyyətlə, stress, əsəbilik insan sağlamlığına ziyandır. Hətta bir çox xəstəliklərin əmələgəlmə səbəbi kimi də stress, əsəb gərginliyi göstərilir. Ailədaxili problemlər, iş zamanı yaranan gərginlik, qanqaraçılıq... bütün bunlar eyni zamanda hamilə qadınlara da az zərbə vurmur. Stress halsızlığa, yorğunluğa, yuxusuzluğa, iştahasızlığa səbəb olan amillərdəndir. Təbiidir ki, hamiləlik dövründə yaşayış tərzində, psixoloji vəziyyətdə müəyyən dəyişikliklər baş verir. Hamilə qadınları bu dövrdə daha çox körpəsinin sağlam doğulub-doğulmayacağı fikri narahat edir ki, bu da onlarda stresə səbəb olur.
Bundan başqa, ürəkbulanma, bel ağrıları, əl və ayaqlarda şişlərin olması kimi əlamətlər də stress mənbəyidir.
Mütəxəssislərin fikrincə, istər hamilə qadın, istərsə də adi insan sağlam və güclüdürsə, streslə mübarizə apara bilir. Buna görə də hamilə qadın düzgün qidalanmalı, kifayət qədər yatmalı, alkoqol və siqaretdən, həmçinin telefon və televizor kimi cihazlardan uzaq durmalıdır.
Bir sözlə, hamiləlik dövründə düzgün qidalanma, yaşayış tərzinin düzgün qurulması, stresdən kənar olmaq gələcək körpənin sağlamlığı üçün başlıca şərtlərdən biridir.
Tarix: 22.12.2012 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri