Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sizlərə çox maraqlı məsləhətlər

Demək belə. Birinci məsləhətimiz çiçək sevən xanımlarımız üçündür



Yumurtanı qırdıqdan sonra qabığınıı atmayın! Altına iynə köməyiylə kiçik bir dəlik açın. Daha sonra yumurta kartonunu(kletkasını) saxlayırsınızsa qabığı bura yerləşdirin,ya da sadəcə yumurta qabığını da istifadə edə bilərsiniz. Qabığın içini torpaqla dolduraraq cücərməsini istədiyiniz hər hansı bir bitkinin toxumunu yerləşdirin.


Təbii əkinçilik edəcəksinizsə bu üsulu təcrübə edə bilərsiniz.,

Daha sonra bitkini əkmək istədiyinizdə qabığından çıxarmayın.Qabıqla birlikdə torpağa basdırın.Torpağa qarışacaq olan yumurta qabığı gözəl bir gübrədir.

2.Çiçəklər necə qurudulur?


Qurudulmuş çiçəklərdə nostaljik və romantik xatirələr vardır. Üstəlik çox qəşəng dekorasiya sahələri yarada biləcəyiniz quru çiçəkləri necə hazırlayacağınızı öyrənin.
Sevgilinizdən və ya yoldaşınızdan gələn çiçəkləri parçalanmadan qurudub divarınıza asmaq və ya saxlamaq istəyirsinizsə bir qaba qoyub,üzərini ağ qumla örtün və dörd həftə gözlədin.

3.İstifadə etmədiyiniz bir diş fırçalığınız varmı?
Evinizdə artıq istifadə etmədiyiniz köhnə diş fırçalığınızın yerinə yenisini alma zamanı gəldi. İndi sıra onu tam fərqli bir şəkildə istifadə etməkdədir...

İstifadə etmədiyiniz köhnə diş fırçalığınız çox qəşəng bir güldana çevrilə bilər,hər gözə fərqli rənglərdə çiçəklər qoyub böyük gözü daş və dəniz qabıqlarıyla bəzəyərək tərzinizi dəyişdirə bilərsiniz.Bu güldanları isə hamamda,dəhlizdə dekorativ olaraq istifadə edə bilərsiniz.4.Şüşə qırıqlarını necə toplamalı?
Qırılan şüşə əşyaların ətrafa saçılan parçalarını yığmaq mümkünsüz görünsə də əslində bu problemdən xilas olmaq çox sadədir!

Belə bir vəziyyətdə bir parça yaş pambığı yerdə gəzdirsəniz şüşə qırıqlarının pambığa ilişdiyini və şüşələrin asanlıqla təmizləndiyini görəcəksiniz.

5.Qırılan çətirlərinizi əsla atmayın!
Küləyə gücünə tab gətirə bilməyən çətirlərimizi yenidən həyata qaytaraq.Qırıq çətirin parça hissəsini kəsərək çox praktik bir paltar asqısına çevirə bilərsiniz. Tavana asaraq dekorativ bir görünüş yaradın.


Tarix: 03.12.2012 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 485 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...