Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhkəm və dik sinələrə sahib olmaq üçün nə etmək lazımdı?

Dünya yaranandan sinələr qadınlığın yaraşıq simvoludur. Gözəllik ünsürü olan möhkəm və dik sinələrə sahib olmaq üçün nə etmək lazımdı?

Təkliflər:
Ümumiyyətlə möhkəm bədənə sahib olmaq üçün gündəlik idmanla bərabər kontrast duş da qəbul etmək lazımdı. İsti - soyuq duş qan dövranınızı sürətləndirir. İsti və soyuq su yorğun bədənin ağrılarına yaxşı təsir edir, ümumiyyətlə immunitet sistemini də gücləndirir. Duşun əl başlığını götürərək sinələriniz üzərinə əvvəl soyuq, 2 dəqiqə sonra da ilıq su açın. Təxminən 10 dəqiqə boyunca bu təkrarlanmalıdır, bu əməliyyat soyuq su ilə bitirilməlidir. Bu prossesdə sinə bölgəsindəki qan dövranı sürətlənəcək, bu da dərini xəbərdar edərək sinənin daha gərgin hala gəlməsinə köməkçi olacaq.

Sinələri qısa zamanda formaya salmaq üçün, həmçinin nizamlı məşq etmək lazımdır. Məşqlər nizamlı tətbiq olunsa, bir ay içində istəniləndən daha artıq effekt əldə edilə bilər. Üstəlik bu məşqlərin tətbiqi son dərəcə sadədir.Məşqlərə:1. iki ovucu sinənin tam qarşıdan bir-birinə mümkün olduqca güclü bir şəkildə basmaqla başlana bilər. Bu məşqin, gündə 3 dəfə 15 dəqiqə edilməlidir. Ancaq çox edilməsi də hədəfə çatmaqda daha artıq təmin edəcək.

2.Bir başqa məşq isə, sinə yayı kimi məhsullarla, sinə əzələlərini hərəkət etdirərək edilə bilir. Sinə əzələlərini hərəkətə keçirmək üçün, başqa məşqlər də sınana bilər. Bunun üçün bir divarın qarşısında dayanaraq əlləri divara söykəmək və bütün ağırlığı əllərin üzərinə verməklə məşqə başlana bilər. Ardından, qolları gərərək bədən divardan uzaqlaşdırırlar. Bu məşqlə sinə əzələləri hərəkətə keçəcək. Tətbiq gündə 30 dəfə təkrarlandığında dəyişmə gözlə görülə bilən şəkildə fərq ediləcək. Bu məşqlər zamanı ağırlıq mərkəzi bir əldən digərinə keçirən çiyin və sinə əzələlərini işlədən enerji meydana gətirir.

3.Sonrakı məşq isə kürək üstü yerə uzanaraq edilir. Hər iki ələ 2 kiloluq ağırlıqlar alınaraq qolları yuxarı doğru gərgin bir şəkildə uzadıb endirmək lazımdı . 15 dəfə təkrarlana bilər bu sinə əzələlərini gücləndirməyə köməkçi olacaq.


Tarix: 05.12.2012 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 621 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...