Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeytun yağı dəri problemlərinə qarşı

Ta keçmişdən bu günə qədər mətbəxlərin əvəzedilməz dadı olan zeytunun faydalarını saymaqla bitmir. Zeytunyağı saça qulluq zamanı çox faydalı olduğu haqda bilirik. Amma bu dəfə zeytun yağının dəriyə faydası haqda söhbət açacağıq. Zeytun yağı dərini hamarlaşdırır.

Bəs dəriyə zeytun yağı necə tətbiq olunmalıdır?
Makiyaj təmizləmədə olduğu kimi dərinizi təmizləmək üçün də zeytun yağından istifadə edə bilərsiniz. Belə ki, əlinizə 1 çay qaşığı zeytun yağı öküb üzünüzü barmaqlarınızın ucu ilə bir dəqiqə masaj edin.
Göz makiyajınızı və ya suya dayanıqlı kirpik tujundan tez bir zamanda azad olmaq istəyirsinizsə bir az pambıq və zeytun yağıyla bu işi asanca həll edə bilərsiniz. Zeytun yağı ən keyfiyyətli və təbii makiyaj çıxarıcı olduğu sübut olunub.
Zeytun yağının tərkibində xeyli miqdarda nəmləndirici maddələr var. Bu bitkinin yağından hər tip dəri üçün istifadə etmək olur. Hətta kövrək dırnaqlar üçün də zeytun yağından faydalanmaq olar.
Zeytun yağı yaşlanma əleyhinə ən yaxşı vasitələrdən biridir. Bu yağ E vitamini və digər antioksidantlar baxımından çox zəngindir. E vitamini isə dəri üzərində olan mikroblara qarşı effektiv təsir göstərir.
Zeytun yağı dəriniz təmizləyər və dərinin təbii yağ istehsalını artırar. Əgər yağlı dəriyə sahibsinizsə zeytun yağı ilə dərini masaj edib sonra isə ilıq su ilə duruluya bilərsiniz. Sızanaqlar, ləkələr və qara nöqtə kimi dəri problemlərində zeytun yağı sizə köməkçi olacaq.


Tarix: 24.12.2012 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...