Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaq çatlamasına qarşı vasitələr hansılardır?

İsti-soyuq hava dəyişmələri, vitamin çatışmazlığı, qeyri-kafi baxım, keyfiyyətsiz kosmetik məhsullardan istifadə kimi səbəblərlə əlaqədar olaraq dodaqlar çatlayır. Dodaqlarınızı nəmləndirmək, hamar görünməsini təmin etmək üçün müxtəlif üsurllara əl ata bilərsiniz.

Məsələn su için.
Həm bədən, həm də dəri sağlamlığı üçün gündə təxminən 2 litr su içməli olduğumuzu bilirik, amma bəlkə də bu qaydaya əməl etmirik. Yetərli miqdarda su içilmədiyində dəridə quruluq yaranır, bu da dodaqlarda çatlamaya səbəb olur. Əgər bu halla qarşılaşmaq istəmirisinizsə o zaman əsil su içməyin zamanıdır.

Kifayət qədər vitamin qəbul edin.
Vitamin çatışmazlığı müxtəlif yollarla özünü bəlli edir. B vitamini əskikliyi olan insanlarda dodaq çatlamasına sıx rast gəlinir. Bunu ya həblər vasitəsilə, ya da yeməklərdən təbii yolla B vitamini qəbul edərək dodaqların çatlamasını önləyə bilərsiniz.

Nəmləndirməyə çalışın.
Quruyan dodaq səthi çatlayır. Özünü yeniləməsi üçün nəmləndirilməyə ehtiyacı yaranır. Bitki mənşəli müalicəni sınayaraq dodaq çatlamasına həll tapa bilərsiniz. Bunu həftədə 2 dəfə sınamağınız yetərli olacaq.
Belə ki, dodaq çatlamasına xüsusi kürdə olan bal; hüceyrələrin yenilənməsini təmin edir. Şəkər tozu ölü hüceyrələrin təmizlənməsinə köməkçi olur. Zeytunyağı ehtiva etdiyi E vitamini ilə dəridə və saçda olduğu kimi dodaqlarda da nəmləndirməni tənzimləyə bilər.


Tarix: 25.12.2012 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...