Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarım saata gözəllik

Əgər harasa tələsirsiniz isə, vacib görüşünüz varsa və xarici görünüşünüzdən narazısınız isə aşağıdakılar sizə kömək olacaq.

Dərinizi gözəlləşdirmək üçün ardıcıl: pilinq, kompres, maska prosesindən keçməli olacaqsınız.

Pilinq
Ölmüş dəri hüceyrələrini təmizlədiyi üçün, dəriniz daha da hamar görünəcək. Hazır alınmış skrabınız yoxdursa, narahat olmayın, hər bir xanımın evində olan qida sodası köməyinizə gələcək.

Üzünüzü təmizləyin, sabunla yuyun yada kosmetik südlə silin, sonra nəm pambığın üzərinə yarım çay qaşığı soda əlavə edin. Pambığın köməyi ilə üzüünüzün əsas T-zonasını təmizləyin (alın, burun, çənə).

Təkrarən deyək ki, bu proses tələsmədən, dərini zədələmədən aparılmalıdır. Sonra üzünüzü su ilə yuyun.

Kompres

Pilinqdən sonra otlardan üzünüzü kompres edin ki, dərinizdə qızartı və sair qıcıqlanmalar olmasın. Bu həmdə dərinizi hamarlaşdıracaq

Bunun üçün çobanyastığı gülünü 5-7 dəqiqə qaynar suda dəmləyin, sonra süzün. Hazır saxladığınız dəsmalı bu süzülmüş suda isladın və üzünüzə sərin. Bu proses kompresin soyumasına qədər davam etməlidir (2-3 dəqiqə). Çalışın kompresi bacardığınız qədər isti edəsiniz.

Üzlərində kuperoz olan xanımlar üçün pilinq və kompres məsləhət deyil.

Maska

Kompresdən sonra maska gəlir. Bu dərini qidalandıracaq və dartacaq. Hazır maskalardan da istifadə etmək olar, lakin siz təbii seçim etsəniz, evdəki qida məhsullarından istifadə edə bilərsiniz.

Yağlı dərilər üçün ən yaxşısı xamadır. Göz ətrafı hissələr çıxılmaqla üzünüzə sürtün və tam quruyandan sonra yuyun.

Quru dərilər üçün isə yumurta sarısı, yarım çay qaşığı bal və bir neçə damcı bitki yağı. Qarışımı üzə sürtüb, 15-20 dəqiqədən sonra yuyun.

Maskanı uzanmış vəziyyətdə etmək məsləhətdir. Əgər yuxarıdakı qarışımlar əvvəlcədən hazır olsa, bu proses 20-30 dəqiqə vaxt aparacaq.

Belə ev kosmetik prosesini bütün vacib görüşlər, məclislərdən öncə aparmaq daha sərfəlidir.


Tarix: 25.12.2012 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...