Gecə saat 03:20... Mən hələ də oyağam. Bu gün şahidi olduğum hadisənin təsirindəyəm... Ya bu mənim də başıma gələrsə, nə edərəm ...?! Buna necə dözə bilərəm ?!
Atam... Hər bir qız uşağı atası ilə fəxr edir, onu öz qəhramanı kimi görür
Anam... Mənim qanadsız mələyim. O mənə həm dost, həm də anadı.
Mən onlarsız nə edərəm?! Düzdü bəzən məni başa düşmürlər. Amma mən onları başa düşürəm. Bilirəm ki , tək istəkləri məni qorumaqdı.
Bacım... Çox şeyi bölüşə bilməsək də, eyni qanı, eyni ata- ananı bölüşürük. Bəzən dava- dalaşda oluruq. Amma bir-birimizi heç bir zaman incitmirik. Bunu özünə çox deməsəm də onu çox istəyirəm
Dostlarım... Bəzən ailəmə belə deməyə çəkindiyim sirlərimi onlarla bölüşürəm. Ən pis günümdə mənə dəstək olub, məni o çətinlikdən çıxarmaq üçün əllərindən gələni edirlər
O... Mənim şıltaqlığım, sevincim, uşaqlığım, mənim lal musiqim...
Onunla baxdığım hər şeydə məna axtarıram, bütün musiqilərin bizə həsr olunduğunu düşünürəm, onunla hər şey rəngarəngdir. Onsuz zülmət qaranlıq...
Xəyalım... Onsuz yaşamaq çox çətindir. Amma bu pis xəyallar, fikirlər ucbatından xəyalsız yaşamağı arzulayıram. Hər şey film kimi gözümün qarşısından keçir. Bu düşüncələri ata bilmırəm fikrimdən
Ya Rəbbim... Sən sevdiklərimi çox görmə mənə. Mənə bəxş edəcəyin tək xoşbəxtlik onların ömrümün axırınacan yanımda olmaqları olsun. Onlarsız ruhsuz bədən kimi olaram. Ya Rəbbim sən sevdiklərimi qoru...
Bu dünyada ölmək üçün yaşayırıq... O qara torpağı hamı dadacaq.. Sadəcə ölümdən qorxaraq ölümə getmə... O zaman ölümünündə bir mənası olmaz.... Sev, gül, yaşa.... İtirdiklərinə ağlayıb naşükürlük etmə... Sağ qalanlara dua et onlardan ayrılmamaq üçün.. Budur həyata tutunma yolu... Yaşa.. Yaşa ki, yanındakıları yaşadasan... Gül ki, səni sevənləri güldürəsən... Ağlama ki, düşməni sevindirəsən... Sən yalnız Allahına əl aç dua et.. İtirdiklərimiz arxada qaldı.. Allah önümüzü işıqlı günümüzü sevincli və aydın etsin...
Həyatda sevdiklərimizi əlbəttə bir gün itirəcəyik.. Əsas odur ki, onlar yanımızda olarkən onlarla olmağı, onları sevindirməyi bilək... Onsuzda "Bu Dünyada Ölümdən Başqası yalandır"...
Tarix: 17.05.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri