Kleopatra gözəlliyini bu maskalar ilə qoruyurdu.
Klassik janr
Klassik gil maskası (su + gil) həmişə aktual olan maskadır. Onun əsas məqsədi dərini ölü hüceyrələrdən və toksinlərdən təmizləməkdir.
Gil müxtəlif rənglərdə olur. Lakin klassik maska eyni cür hazırlanır. 2-3 xörək qaşığı gilin üzərinə 3-4 xörək qaşığı mineral su (qazsız) əlavə edin, 30 dəqiqə saxladılır. Su tam çəkiləndən sonra onu qarışdırın və həftədə bir dəfə bu maskadan istifadə edin.
Ağ gil
Arxeoloqlar iddia edirlər ki, məhz ağ gildən olan maskalar Kleopatraya gözəl görünmək üçün kömək olurdular. Onun tərkibində kaolinit mineralı var ki, o, elastikliyin qorunmasına, lestitin əmələ gəlməsinə, hüceyrələrin təmizlənməsinə xeyirlidir.
Solğun və yaşlı dərilər üçün uyğundur.
Mavi gil
Onun rəngi gümüşün olmasından irəli gəlir. Bu gil dezinfeksiya və irinə qarşı çox effektlidir. Həmçinin dərini minerallar və mikroelementlərlə qidalandırır, yumuşaldır və tonuslaşdırır.
Normal və kombinləşdirilmiş dərilərə uyğundur.
Yaşıl gil
Dəmir oksidinin bolluğu müşahidə olunur. Gil nə qədər tünd yaşıldırsa, o, daha effektivli olacaq. Dərini dərindən təmizləyir, dezinfeksiya edir, yağlı dəriləri qurudur. Lakin sızanaqlı dəriyə bu maska məsləhət görülmür.
Yağlı və problemli dərilər üçün.
Qırmızı gil
Qan dövranını yaxşılaşdırır, üzdəki qırmızılığı aradan götürür, üz kapilyarlarının və damarlarının elastikliyini artırır. Tərkibində qırmızı dəmirin oksidi və mis oksidi var. Birinci element tonuslaşdırır, ikinci isə elastikliyi təmin edir.
Həssas, qırmızılaşan dəri üçün
Sarı gil
Kaliy və dəmir ilə zəngindir. Bunun nəticəsində dərini toksinlərdən azad edir və onu oksigen ilə qidalandırır.
Solğun və qırışmış üzlər üçün
Tarix: 25.12.2012 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 374 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri