Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşa görə gözəllik qaydaları

“Hər yaşın öz gözəlliyi var” deyib atalarımız, həqiqətən də belədir. Insanlar dünyaya göz açdığı gündən ölənə qədər müxtəlif dəyişiklikləə məruz qalır. Bu dəyişikliklik isə bir başa insanın xarici görünüşünə təsir göstərir. Bu səbəbdən də, müxtəlif yaş kateqoriyalarında olan insanlar yaşlarına görə də xarici görkəmlərinin qayğılarına qalmalıdırlar.

20 yaşda olarkən…

Əgər siz 20 yaş həddindəsinizsə üz dərinizin hər zaman təravətli və nəmli qalması üçün bir krem seçin. Ağır kosmetik vasitələr əvəzinə tərkibində qidalandırıcı maddələr olan kremlərdən istifadə edin. Siqaret və spirtli içkilərdən uzaq durun. Antioksidanlarla dərinizin qayğısına qalın.

30 yaşda olakən…

Bu zaman tərkibində bol miqdarda vitamin və mideral olan kremləri seçməlisiniz. Bu krem vasitəsilə dərini daha parlaq və elastik edə bilərsiniz. Günəşli havada isə uzun müddət çöldə qalmayın.

40 yaşda olarkən…

A, C, E vitaminləri ilə zəngin olan kremlərə üz tutmalısınız. Yağ və şəkərdən bacardığınız qədər uzaq durun. Meyvə və tərəvəzi isə qida rasionuzdan kənarda saxlamayın. Gecələr isə çalışın ki, yatmağa gecikməyəsiniz. Mümkün qədər günortalar da istirahət üçün özünüzə zaman ayırın.

50 yaşda olarkən…

Üz dərinizdə nəmliliyi balanslaşdırmaq üçün nəmləndirici kremlərdən çox istifadə edin. Yağlı qidalardan da yeyin. Kilonuzu artırmamaq üçün diqqətli olun. Əks halda dərinizdə sallanmalar yaranacaq. Gün ərzində isə 1,5 – 2 litrə qədər su içməyə fikir verin.


Tarix: 23.12.2012 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...