Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buzlu çayı hazırlamağı bizdən öyrənin

Yayın istisində sərinlədici içki olan buzlu çayı hazırlamaq istəyən, amma bunu necə edəcəyini bilməyənlər üçün onun tərifini yazmağı qərara aldıq.



İçindəkilər:
2 fincan su
Qabartma tozu
Qara çay
Şəkər
Buz parçaları



Tərifi:
2 stəkan suyun içinə əlinizin ucunda çox az miqdarda qabartma tozunu əlavə edin və qaynadın. Su qaynadıqdan sonra içinə çayı atın və qazı söndürün. 5-10 dəqiqə çayın dəmlənməsini gözləyin. Çox qaynatsanız, dadı acılaşa bilər. Buna xüsusilə diqqət edin. Daha sonra qab götürün və onun içinə dəmlədiyiniz çayı, şəkəri və bir miqdar soyuq suyu əlavə edin. Bir neçə saat soyuducunda gözlədin. Budur, buzlu çayınız hazırdır! Stəkanlara süzdükdən sonra çayın üzərinə buz parçalarını əlavə edin. Zövqə görə stəkanın kənarlarını limon və nanəylə bəzəyə bilərsiniz.


Tarix: 14.05.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 44 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...