Bir çox qadın saçlarına nə qədər qulluq göstərsə də, kəpək probleminə əlac tapa bilmir. Xüsusilə də ziyafətlərə və yaxud da hansısa vacib görüşə gedirsə və tünd rəngli geyimdədirsə kəpək xanımları daha çətin vəziyyətə sala bilir. Kəpək problemi ilə bağlı araşdırma aparılıb.
Belə ki, ilk növbədə əgər bu probleminiz varsa mütləq kəpəyə qarşı olan şampunlardan müntəzəm istifadə edin.
Günəş işığı da burada köməyinizə gələ bilər. Çalışın ki, hər gün günəş işığında bir müddət vaxt keçirəsiniz. Beləcə baş dəriniz gün işığından faydalanar və lazımi vitaminləri qəbul edər.
Əksər qadınlar saçlarını müxtəlif şəkillərə salmaq üçün jele, sprey, saç köpüyü və müxtəlif vasitələrdən istifadə edir. Bunlar isə saçda kəpəyin yaranmasına səbəb olan əsas amillərdir. Ona görə də belə vasitələrdən bacardığınız qədər uzaq durun.
Ev şəraitində hazırlaya biləcəyiniz maskalar da köməyinizə gələ bilər.
Badam yağı, 1 limonun suyu, 1 yumurta, 2 yemək qaşığı xamanı qarışdırıb saç diblərinizi masaj edin. Yarım saatdan sonra kəpəyə qarşı olan şampunla saçınızı yaxşıca yuyun.
2 stəkan suyun içərisinə 2 yemək qaşığı alma sirkəsi töküb qarışdırın. Və saç diblərinizə çəkin, yarım saat gözləyin. Tətbiq edəcəyini bu maska saçda kəpəkləri yox etmək üçün olduqca faydalıdır.
Tarix: 25.12.2012 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri