Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımların nəzərinə: onlar sizi öldürür...

Süni qaralma effekti yaradan kremlər, kosmetik vasitələr, dırnaq və saç laklarından çox istifadə edən qadınlarda şəkərli diabet riski dəfələrlə artır. ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalında (Brigham and Women's Hospital) aparılmış araşdırmaların nəticələri belədir.
Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, 20-80 yaş arasındakı 2350 amerikalı qadının cəlb olunduğu test və araşdırmalar zamanı alimlər kosmetik vasitələrin tərkibindəki ftalatlar ilə orqanizmdəki metabolik pozuntular arasında birbaşa əlaqə aşkarlayıblar.Kosmetik vasitələrin tərkibində ftalatların, xüsusilə də mono-benzil və mono-izobutil ftalatların çox olması qadınların orqanizmlərində şəkərli diabet riskini minimum iki dəfə artırır.Bundan başqa, çox bəzənib-düzənən, lak və kremlərdən çox istifadə edən qadınlarda insulin rezistentliyi də qeydə alınıb.
Kosmetik vasitələrdə ftalatların miqdarı, xüsusilə də mono-n-butil ftalat və di-2-etilheksil ftalatın miqdarı normada olsa belə, qadınlarda şəkərli diabet riski 70 faiz artıb.
Ftalatlar dırnaq və saç laklarında, kremlərdə, xüsusi kosmetik sabunlarda, bahalı şampunların tərkibindədir. Onlar xassə etibarilə insan orqanizmindəki hormonlara bənzəyirlər.
Kosmetik vasitələr və parfümeriyadan çox istifadə edən qadınlarda ftalatlar yağ toxumasının metabolizminə müdaxilə edir, orqanizmdə ciddi fəsadlar yaradırlar.
İsraildəki Sinay Tibb Mərkəzininin nəzdindəki Uşaq Ekoloji Mərkəzinin (Children's Environmental Health Center at The Mount Sinai Medical Center) alimləri isə bildirirlər ki, uşaqlarda piylənmə, təngnəfəslik və izafi çəkinin səbəbləri arasında ftalatlar çox mühüm yer tutur.
Alimlər belə kosmetik vasitələrdən və parfümeriyadan imtinaya çağırırlar.


Tarix: 13.05.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...