Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sachlarin qirilmasi ve kepeklenmesi haqqinda...

? Saçlar yaşikən daha narın və həssas olduğu üçün daramayın.


? Geniş dişli daraq istifadə edin.

? Üstdən saç uclarına doğru yumşaq tüklü daraqla darayın.

? Qurutma maşınlarının və ütünün şiddətli istiliyi də qırıqlara səbəb olan faktorlardandır.

? İpək və satan yastıq istifadə edin. Çünki bu yastıqlar saç düyünlənilməsini və qırılmasını azaldar.

? Saçınızı açdıracaq və ya boyatacaksanız diqqətli olmalısınız çünki hər cür kimyəvi maddələr saçınızı gücsüzləşdirər və qırılmağa meyl yaradar.

? Perma və boyama kimi kimyəvi tətbiqlər arasından ən az iki həftə keçməlidir. Əks halda saçlarınız çox zədələnə bilər.

New Yorkun saç stilisti Les Havert, saç bəsləyicisini tətbiqinizi və plastik bir şapkayla saçınızı bağlamanızı (nəmli və isti dəsmal da ola bilər) və on dəqiqə gözlətmənizi daha sonra da buzlu və limonlu suyla yumanızı təklif edir.

Mamsey Brown stilisti Lacey Dagenois,her altı və ya səkkiz ayda bir saçların uclarının kəsilməsini təklif edir və əlavə edir: saçlarınızın uzanmasını istəyirsinizsə qırıqlarınızı aldırmalısınız.

Saçlarınızın ağarmasını gecikdirmək və saçınızı gücləndirmək üçün; Bir ovuc sarmaşıq yarpaqlarını 1 litr suda 10 dəqiqə qaynadın. Saçlarınızı şampunla yuduqdan sonra bu su ilə durulayın.

Kəpəklərinizdən xilas olmaq istəyirsinizsə qaynadılmış kərəviz suyuyla saçınızı yuyun.

Güclü və parlaq saçlar üçün saçınızı zeytunyağı ilə darayın və saçın dibinə keçməsi üçün başınıza bir dəsmal bağlayıb bir iki saat gözləyin. Daha sonra saçınızı uyğun bir şampunla yuyun.

Saç diblərinizdəki qaşınmanı və quruluğun qarşısını almaq üçün saçınızı alma sirkəsi ilə yuyub 10 dəqiqə gözləyin və durulayın. həm qaşınmadan xilas olacaqsınız, həm də saç diblərinizdəki quruluqdan xilas olduğunuzu görəcəksiniz.

Saçlarınızın asan daranması və elektriklənməməsi üçün spreyli bir şüşənin içinə az miqdarda saç kremi qoyub bir az su ilə sulandırın və saçlarınıza vurun. Saçlarınızın çox asan darandığını və elektriklənmədiyini görəcəksiniz.

Kəpəksiz və tərtəmiz saçlar üçün bir qaşıq balı yarım çay stəkanı suyun içində əritdikdən sonra saç diblərinizə barmaqlarınızla bu su ilə masaj edin və saçlarınızı durulayın.

Hər gün yatmadan əvvəl saçlarınızı yumşaq bir fırça ilə fırçalayaraq sadə şəkildə saç baxımı edə bilərsiniz. Həm gün boyu saçlarınıza toplanan tozları təmizləmiş, həm də saçlarınızı canlandırmış olarsınız.
SAÇDAKI KƏPƏKLƏRDƏN QURTULMAQ ÜÇÜN : 1 fincan mineral su, 1 yemək qaşığı alma sirkəsi, 1yemək qaşığı polen tozu, 1 çay qaşığı dəniz duzunu qarışdırıb saça yaxın və 1 saatdan sonra yuyun.


Tarix: 22.12.2012 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 517 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...