Əgər həyat yoldaşınız ya da sevgiliniz tərəfindən aldatıldınızsa və bunu unutmağa qərarlısınızsa daha sonra bunları etməməlisiniz.
"Məni yenə aldatacaq"
Onu bağışladınəz və köhnə gözəl günlərə döndüyünüzü düşünürsünüz amma özünüzə, düşüncələrinizə bir nəzər yetirin. Yalnız qaldığınızda, həmişə beyninizdə fəlakət gətirəcək xəyallar canlanır. Onu başqa bir qadınla birlikdə gördüyünüzü düşünürsünüz, bu dəfə çox daha böyük bir reaksiya verəcəyinizi düşünürsünüz. Üzünüz gülür bəlkə amma içiniz rahat deyil. Aldatılacağını düşünən insanlar əksəriyyətlə aldatılırlar çünki özləri onsuz da zehnən belə bir vəziyyətə çoxdan hazırdırlar və bu reallaşdığında də "Bilirdim onsuz da" deyərək özlərini rahatlaşdırmağa çalışarlar.
Kəsə yoldan gedib "Nə düşünsəniz o olar" demək istəmirik amma heç olmasa öz daxili rahatlığınızın xatirinə və onun qarşısında həqiqətən möhkəm durmaq üçün bu xeyalları başınızdan atmağa çalışın. Təkrar aldatdığında o zaman düşünərsiniz nə edəcəyinizi. İndidən günləri və anları özünüzə zəhər etməyin.
"Bunun hesabını mütləq verəcək!"
Onu yalnız üzdə bağışladım amma içim hələ də qan ağlayır. Əslində tam mənasıyla, burnundan fitil-fitil gətirmək istəyirsiniz. Nə etsə də yenidən güvəninizi qazana bilmir. Hər an döyüşə hazır vəziyyətdəsiniz. Belə bir əlaqə istədiyinizdən əminsinizsə, "gərgin əlaqə" modelindən xoşlanan birisiniz deməkdir. Bu vəziyyətdə belə bir gərginlik sizi həmişə gümrah tuta bilər.
Ancaq əlaqəniz dinclik, ehtiras, eşq kimi təməllərdən qidalanırsa, ya da qarşı tərəfə bu gərginliklər yorucu gəlirsə, onunla hesablaşmağa bir son verməniz lazım ola bilər. Bəlkə də ağrını davam etdirməkdənsə, əlaqəni bitirmək ən yaxşı hesablaşma üsuludur. Nə istədiyinizdən əmin olun. Əgər onu həqiqətən bağışlayıb, peşmanlığını görərək yeni bir başlanğıc etmək istəyirsinizsə, içinizdə kini kənara qoyun.
"İntiqam alacağam!"
Aldatıldığınızdan bəri gözünüz açıldı. Birdən-birə heç maraqlanmadığınız kəslər belə cazibədar gəlməyə başladı. Dərinlərdə bir yerdə içinizdəki səs intiqam almaq istəyir çünki..
Həqiqətən biriylə maraqlanmaq istədiyinizdə, bunu ona hiss etdirməkdən çəkinməyin ancaq sırf onu qısqandırmaq və intiqam almaq üçün quracağınız bir əlaqə yalnız yanılmadır. Bu vəziyyət onunla aranızdakı münasibətləri düzəltməkdən çox problemlərin və ayrılıqların böyüməsinə səbəb olar. Digər tərəfdən, siz onu bağışladınız deyə, aldattığınızda da eynisini gözləmək axmaqlıq olar. Bəlkə o da sizi bağışlayar amma əksəriyyətlə kişi qüruru və qısqanclığı daha dağıdıcı qərarlar aldırar.
"Artıq heç bir şey əvvəlki kimi olmayacaq"
Yeni başlanğıclar, ümid və yaxşı niyyət olmadan sürət qazana bilməz, yarı yolda enerjisi bitə bilər.
Artıq bir şeylər dəyişmişdir və dəyişməyə davam edəcək ancaq bu hər şeyin pis bir sona doğru yönləndiyi mənasını verməz. Əlaqənizin yeni formasını qəbul edərək, gözəlliklər üçün ümid edərək davam edin. Heç bir şey evvəlki kimi olmayacaq deyə təkrarlasanız, inkişafların önünü kəsmiş olarsınız. Bir də belə düşünün; bəli heç bir şey əvvəlki kimi olmayacaq çünki əvvəlkindən daha yaxşı olacaq.
Mühüm məsələlərin bərabərcə öhdəsindən gəlin. O başqa biri yerinə təkrar sizinlə olmaq istədi. Siz də başqa birinə getmiş olmasına baxmayaraq ondan ayrıla bilməyəcəyinizi anladınız. Demək ki artıq əlaqəniz daha güclü bir nöqtədədir. Əgər bu bir yanılma isə, davamlı sizi aldatmağa davam edəcəksə o zaman könül rahatlığı ilə ümidinizi itirə bilər və öz yolunuza gedə bilərsiniz.
Tarix: 16.05.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri