Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçımı necə kəsdirim?

Hansı üzə hansı saç modeli etməli? Bunun üçün əvvəl üz şəkillərini bilməliyik. Yeddi növ üz şəkli vardır. Bir üzümeydana gətirən yeddi şəkil aşağıdakı kimidir.

Saçımızı kəsəyə qərar vermədən əvvəl nə istədiyimizə qərar verməliyik. Saçımızmı ön planda olsun, yoxsa üzümüz?
Üz şəkillərinə görə ideal saç seqmentləri…

Yumru üz
Balanslı yumşaq bir üz quruluşudur. Sifətdə dəyişiklik etməz. Amma üzünüzün yumruluğundan şikayətçi sinizsə və bunu bir az olsun naziklətmək istəyirsinizsə saçınızın volimunu yüksək tutacaq modelləri seçməlisiniz. Beləcə saçınız ön planda olub, üzünüzün yumruluğu bir az olsun azalacaq. Üzünüzün xəttlərinə görə önə doğru kəsilmiş tutamlarda üzünüzü bir az olsun naziklədəcək.

Kvadrat üz
Kvadrat üz quruluşuda yumru üz kimi balanslıdır. Sərtlik ön plandadır. Kvadrat bir yüzə saç seqmenti edərkən əgər üz şəklinizi dəyişdirmək istəmirsinizsə sizə ən uyğun olanı yenə kvadrat bir seqmentdir. Lakin üzünüzdəki ifadəni yumşaltmaq, bərabərləşdirmək istəyirsinizsə saçınıza yumru modellər kəsdirməlisiniz. Bunu edərkən saçınıza yumru bir seqmentli gicgahlarınıza enən saç tutamları etdirə bilərsiniz.

Düz düzbucaqli üz
Sifətdə dəyişiklik edən amma çox dəyişdirməyən bir üz şəklidir. Əgər üzünüzü bir az qısaltmaq məqsədi ilə seqment düşünürsünüzsə çənə sümüyünü keçməyəcək şəkildə seqment etdirə bilsiniz. Gicgah sümüyünü örtəcək şəkildə kəsilən seqmentlər ilə bərabər, uyğun saç modellərinə sahib ola bilərsiniz.

Eninə düzbucaqli üz
Bu üz şəklində üzünüzü bir az uzatmaq ver gicgah sümüklərinizin ön plana çıxmasını istəmirsinizsə uzun saç modelləri ya da saçınızda yuxarlara veriləcək volumlərlə saçınızın formasını düzbucaqlı şəklində seqmentlər vasitəsi ilə üzünüzü nazildə bilər və üz quruluşunuzda bir azda olsun dəyişikliklər edə bilərsiniz.

Tərs üçbucaq üz
Sifət quruluşunu tamamilə dəyişdirə bilən üz şəklidir. Bu tip üz şəkillərində daha müasir seqmentlər etmək mümkündür. Makiyaj üçün isə ən əlverişli üz formasıdır çox enerji dolu göstərən bu üz şəklinə əgər üz formasını dəyişdirmədən daha bir güclülük qatmaq istəyirsinizsə, saçınızın yanlarını və peysərlərini qısa kəsdirərək, saç təpəsinə volum verərək kəsilən saç modellərini seçməlisiniz. Amma özünüzə bir az balanslı, uyğun və yumşaq bir üz ifadəsi vermək istəyirsinizsə tam tərsinə peysərlərdə daha çox volumu olan və saçın təpəsinə doğru volumu azaldılmış saç modellərini seçməlisiniz.

Üçbucaq üz
Saç şəklində daha mənfi olan bir üz formasıdır. Çoxunu enerjisi zəifləmiş və yorğun göstərər. Bu tip üz şəkillərində mənfi olan üz formasını saçınıza veriləcək müsbət enerji ilə bərabərləşdiməlisiniz. Bunu peysərlərdə saçı azaldaraq gicgah sümüyündəki bölgədən saç təpəsinə doğru volumu artıraraq etdirə bilərsiniz. Kiçik kvadrat seqmentlər etdirə bilərsiniz.

Paxlava üz
Ən məşur üz biçimidir. Bu üz formasında saçınıza uzun, qısa, düz, dalğalı modelləri tətbiq edə bilərsiniz. Yalnız bunları tətbiq edərkən saç ustanızla ilə dialoq quraraq boyunuza, kilonuza ya da üzünüzdə haranın ön planda, haranız arxa planda qalmasına qərar verərək saç modelinizi tapmalısınız.

Diqqət yetirilməsi lazim olanlar
Üz şəklinə görə saç kəsilərkən saç ustası uzun uzun bir söhbət etməli, üzünüzümü, saçınızımı ön plana çıxarmaq istədiyinizi ifadə etməli, kilo, boy, geyim tərziniz və hətta şəxsiyyətinizi belə danışmalı və ona görə saç seqmenti etdirməlisiniz


Tarix: 26.12.2012 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 428 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...