Dəriyə savadlı qulluq prinsipləri o qədər də çox deyil və onlara hər gün əməl etmək o qədər də mürəkkəb deyil.
Dəriyə qulluqda ən əsası müntəzəmlikdir. Əgər hər gün zəruri qaydalara əməl etsəniz, dəri uzun müddət cavan və gözəl qalacaq.
Müntəzəm qulluq özündə təmizləmə, qidalandırma, canlandırma və müdafiəni birləşdirir. Beləcə, səhərlər təmizləyici, qidalandırıcı və müdafiə vasitələrindən istifadə məsləhətdir. Axşam qulluğu isə təmizləmə və qidalandırmadan ibarətdir. Özü də axşam təmizləməyə səhərə nisbətdə daha çox diqqət ayırmaq lazımdır. Bu prosedurdan sonra axşam kremi sürtmək məsləhətdir.
Dərinin gözəlliyini və cavanlığını saxlamaq üçün zəruri olan maskaları həftədə 1-2 dəfə etmək məsləhətdir.
Müntəzəm kompreslər, buxar vannaları və özünümasaj zəruri şərtlərdəndir.
Kosmetik prosedurlar yalnız dərinin quruluşu nəzərə alınmaqla həyata keçirildikdə xeyir verir. Dəri xətlərinin yönünü, yəni dərinin ən az dartılmaya məruz qalan hissəsini nəzərə almaq vacibdir. Bütün kosmetik prosedurlar bu xətlər üzrə istiqamətdə aşağıdan yuxarı həyata keçirilir.
Tarix: 23.12.2012 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri