Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Necə Qoxu İstəyərsiniz?

Əlaqələrimizdə bu qədər əhəmiyyətli rol oynayan qoxuyla əlaqədar deyiləcək çox şey var. Əvvəlcə hamımızın özümüzə xas bir qoxusu olduğunu söyləyək, bu qoxunu ümumiyyətlə özümüz bilmərik. Duş qəbul etmək, dişləri fırçalamaq və deodorant istifadə etmək kimi ümumi təmizlik şərtlərini tətbiq etməkdən əlavə olaraq bir insanın ətir istifadə etməsi üçün bir çox səbəb vardır.
Ətir, 78% ilə 95% nisbətində edil spirtdən və təməl yağlardan ibarətdir. Ən bahalı ətirlərdə aromatik yağ nisbəti təxminən 22%'dir.
Eau da Parfum, 15 %ilə 22 %nisbətində aromatik yağ olar. Eau da Toilettedə isə bu nisbət 8 %ilə 15% arasındadır. Eau da Cologne yalnız 4% nisbətində aromatik yağdir.
Qoxuya qarşı həddindən artıq həssaslığı olanların isə içində 1 %ilə 3% arasında aromatik yağ olan Eau Fraiche istifadə etmələri təklif edilir. Aromatik yağ nisbəti artdıqca qoxunun qalıcılıq nisbəti də artar, buna görə Eau da Parfum daha çox seçilər.
Müəyyən qoxu növləri vardır:
Çiçək qoxuları , oryantal qoxular (ədviyyatlı şərq qoxuları), yosun və meyvə qoxuları.
Bu qoxuların içində əksəriyyətlə istifadə edilənlər da bunlardır: Cirə, dəfnə yarpağı, bergamut, evkalipt,jasmin, lavanta, limon, yasəmən, zanbaq....
Vadi zambağı, manolya, yosun, portağal, şam, ahududu, gül, adaçayı, qayıq ağacı, vanil, bənövşə və ylang-ylang.
Ətir istifadə edərkən diqqət yetirilməsi lazım olanlar:
Ətiri bədəninizin nəbz nöqtələrinə sürtməlisiniz, məsələn; dirsəklərin iç hissəsinə, boyunuğun arxası, biləklər
Ətirinizi çox isti bir yerdə saxlamayın və günəş işığına məruz buraxmayın.
Ətirinizin xarab olduğunu asanlıqla anlaya bilərsiniz, çünki xarab olduğunda o çox sevdiyiniz qoxunu sanki tanıya bilməzsiniz, ayrıca xarab olan ya da xarab olmaya meyl göstərən ətirlərin rəngi tündləşər .
İşıq keçirməyən şüşədə olan ətirlər daha uzun müddət öz təravətini saxlayar... Ətiriniz üçün metal bir qutu seçə bilərsiniz...
Bir ətirin üzərinizdə necə dayandığını sıxdıqdan ən az bir saat sonrasına qədər anlaya bilməzsiniz. Buna görə ətir alarkən tələsik qərar verməyin...
Kimyəvi maddələrə həddindən artıq həssaslığı olan insanlarda ətirlər başağrısı, mədədə narahatlıqlar qaşıntı kimi zərərli təsirlər göstərə bilərlər. Buna görə hər kəsin bir allergiya testi etdirməsi yalnız ətir seçkisi üçün deyil istifadə etdiyi hər məhsulu doğru seçməsi üçün lazımlıdır.
Ətir sürtdüyünüzdə biləklərinizi bir-birinə sürtməyin...
Otağının içinə bir az ətir sıxıb yeriyə bilərsiniz, qoxu daha doğru bir şəkildə üstünüzə səpilər...
Bir ətirin digər məhsullarını da istifadə edin. Məsələn, duş jeliylə yuyunduqdan sonra kremini sürtüb spreyini sıxa bilərsiniz, ən son olaraq ətiri istifadə edin. Bu şəkildə üzərinizdə daha qalıcı bir qoxu qalar və özünüzü daha yaxşı hiss edərsiniz...
Duş almadfan istifadə edilən ətir heç istəmədiyiniz nəticələr doğura bilər; məsələn idman etdikdən sonra tər qoxusunu yox etmək etmək üçün ətir istifadə etdiyinizdə niyə heç kimin kimsənin yanınıza gəlmədiyini düşünün...
Müəyyən bir ətir onu istifadə edənlərin hamısında ayrı-ayrı iy verə bilər. Bir qadında olduqca seksual dayanan bir ətir o birində ucuz bir odekolon kimi iy verə bilər. Bədən kimyasıyla ətirin uyğunlaşması çox əhəmiyyətlidir... Mümkünsə bir ətiri almadan əvvəl onun testerini əldə edin və bir müddət təcrübədən keçirin... Ayrıca bədəninizdə bir gün gözəl iy verməyən ətir o biri gün çox yaxşı qoxu verə bilər; qadınların bədən kimyası gündən günə dəyişə bilər.

Tək bir ətir istifadə etmək kimi bir zərurət yoxdur; hər gün eyni geyimlərimizi geymirik elə deyilmi? Bizim təklifimiz, xüsusi günlər üçün çox xüsusi bir qoxu və sıravi günlər üçün daha ucuz və fresh bir qoxu saxlamanızdır. Qoxular üçün xüsusi bir zaman, məkan və bir səbəb vardır...


Tarix: 11.05.2013 / 14:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...