Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

15 Yaşından Öncə Ana Olmaq Ölüm Riskini Artırır

UNICEF tərəfindən nümayiş olunan hesabatda, on beş yaşından əvvəl doğum edən qadınların, iyirmili yaşlarda doğum edənlərə nəzərən doğumda ölüm təhlükəsinin beş qat çox olduğu ifadə edildi.

UNICEFin ana və yeni doğan sağlamlığıyla əlaqədar hesabatında, hər il on beş ilə on doqquz yaş arasındakı yetmişmin qadının doğumda ya da hamiləlik komplikasyonlarından həyatını itirdiyi ifadə edildi.

Gənc bir qızın erkən yaşda hamilə qalması ilə özünün və körpəsinin sağlamlığını daha çox riskə atdığı ifadə edilən hesabatda, "Əgər ana on səkkiz yaşın altındadırsa körpəsinin ilk ilində həyatını itirmə təhlükəsinin, on doqquz yaşından böyük ananın dünyaya gətirdiyi körpənin ölüm riskindən yüzdə altmış çox olduğu" bildirilir.

Hesabatda ayrıca yetkinlik dövründə evlənən qadınların şiddət, istismar və pis gördüyü, gənc gəlinlərin əksəriyyətlə məktəbi buraxmağa çətinlik məcbur edildikləri, iş tapma fürsətlərinin çox az olduğu ifadə edildi.

Dünya səviyyəsində hələ də 20-24 yaşında olan altmışmilyondan çox qadının on səkkiz yaşından əvvəl evləndiyi və uşaq evliliklərinin ümumiyyətlə Cənub Asiya və Afrikada görüldüyü ifadə edilir.


Tarix: 11.05.2013 / 14:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...