Edilən bir araşdırma, qadınların hər il qarşı cinsi cəzb etmək üçün ətir və losyonlara boşuna milyardlarla dollar xərclədiyini, qadının təbii qoxusunun kişinin marağını çəkmək üçün ən yaxşı yol ola biləcəyini ortaya çıxardı.
Araşdırma, kişilərdəki testosteron hormonunun, qadınların yumurtlama dövrünün işarələrinə cavab verdiyini göstərdi.
Nəticələri Psychological Science jurnalında nümayiş olunan araşdırma çərçivəsində, Floruda Universitetində vəzifəli elm adamları Paul L. Millər və Jon K. Maner, heyvanlarda bilinən bu xüsusiyyətin insanlar üçün də etibarlı olduğunu ortaya çıxardı.
Edilən iki ayrı işdə, qadınlara menstruasiya dövrlərinin müxtəlif mərhələləri boyunca 3 gecə sort geydirildi və iştirakçı kişilərə, qadın iştirakçıların geydiyi, bəzi kişilərə də kimsənin geymədiyi şortiklər iylədildi.
Ən cazibədar qoxu…
Araşdırmada, kişilərdən şortları iyləmədən əvvəl və iylədikdən sonra tüpürcək nümunələri alındı, yumurtlama dövründə qadınların geydiyi şortları iyləyən kişilərdəki testosteron səviyyələrinin, yumurtlama dövründə olmayan ya da kimsənin geymədiyi tşortları iyləyən kişilərinkindən daha yüksək çıxdığı təsbit edildi.
Elm adamları ayrıca, kişilərin tşortlardakı qoxuları cazibədarlığına görə sıralandırarkən, yumurtlama dövründəki qadınlar tərəfindən geyilənləri ən üst sıraya yerləşdirdiklərini söylədi.
Tarix: 10.05.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri