Gözlərin daim sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, cökə çiçəyi suyu ilə isladılmış dəsmal qoymaq, burun və ağız yerlərini açmaq lazımdır. Bu zaman nəinki gözlər istirahət edir, həmçinin sifətin dərisi də qidalanır.
Əgər gözlər iltihablaşmış ,göz qapaqları şişmişsə kompres eləmək olar:gözün dairəsi boyda tikilmiş balaca torbalara çay, ya da cobanyastığı çiçəyi, cəfərini tökün və 5-10 dəqiqə qaynar suya salın. Sonra ilıq ikən hər iki gözün üstünə qoyun. Bu göz ətrafı qırışların da qarşısını ala bilər.
Təzə kartofu sürtgəcdən keçirib tənziflə gözünüzün üstünə qoyun, 15 dəqiqədən sonra kompresi götürün, gözünüzün ətrafına isə krem çəkin. Gözləri çirk, toz və günəş şüalarından qorumaq lazımdır.
Bunun üçün günəşli günlərdə tünd şüşəli eynək taxmaq məsləhət görülür. Bəzi göz xəstəliklərində ,məsələn qlaukomada tünd eynək taxmaq olmaz. Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur.
Bundan başqa müəyyən edilmişdir ki, B,C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəliklərinə səbəb olur. Bəzən D vitamini ilə uşaqlarda uzağı görməmə qüsurunu müalicə edirlər. Görmə qabiliyyəti zəifləyən kimi həkimə müraciət etmək lazımdır. Vaxtında eynək taxılmaması sonradan baş ağrısına, əzginliyə səbəb ola bilər. Özgəsinin eynəyini taxmaq zərərdir. Cünki özünə görə seçilməyən eynək görməni daha da korlaya bilər.
Sifətin bəzəyi aydın görünən qaşlar, uzun kirpiklərdir.
Bunlar yaxşı böyüsün deyə D və A vitaminlərinin yağlı qarışığını , həmçinin balıq yağı, ayıpəncəsi yağı, ya da 5 çay qaşığı gənəgərçək, 3 qaşıq günəbaxan və 1qaşıq kamfora yağından ibarət qarışığı çəkmək lazımdır. Səhər və axşam qaşlara krem çəkib şotka ilə masaj etmək lazımdır. Belə masaj tüklərin kökünü möhkəmlədir və böyüməsinə şərait yaradır.
Kirpiklərin yaxşı böyüməsi üçün göz qapaqlarına hər hansı bir yağı çəkib yüngülcə masaj eləmək lazımdır. Təzə cəfərini xırda -xırda doğrayıb sıyıq halına salın və ondan gözünüzə maska eləyin. Bu, gözün altında əmələ gələn kölgəni yox eləyir.
Cəfərini yedikdə də belə təsir göstərir. Ağlayandan sonra qızarmış gözlərə 3 dəqiqəliyə isti və sonra soyuq kompres qoyun. Bunu bir neçə dəfə təkrar etsəniz gözlərinizin qızartısı keçər.
Tarix: 25.11.2012 / 18:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1115 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri