İngilis Daily Mail qəzetinin nəşr etdiyi anket nəticələrinə görə, qadınlar ətrafındakı həmcinslərinə kişilərə nisbətlə daha çox baxır və onların diqqətini çəkmək üçün özünə diqqət göstərir.
Bir qadın çimərlik geyimi firmasının internet üzərindən etdiyi anketdə, anketə qatılan iki min qadından yarısı, ətraflarındakı qadınlarla fiziki olaraq müqayisə edilməkdən həzz aldıqları cavabını verdi. Anket nəticələrinə görə, qadınlar xüsusilə çimərlikdə günəş vannası qəbul edərkən gözəl görünməyə diqqət yetirərkən, hər 10 qadından bir dənəsi digər qadınlardan daha yaxşı görünmək istədiyini söylədi.
Qadınların yüzdə 42 isə kişilərdən çox ətrafındakı qadınları təsir etmək üçün geyimlərinə, saçlarına və duruşlarına diqqət göstərir.
Anketə görə qadınların həmcinslərində ən çox diqqət yetirdikləri detallar belə: geyimləri, saç modelləri, dəri rəngi, bədən ölçüsü, dekolte, selüliti olub olmadığı, saç rəngi, sinə ölçüsü, ayaqqabı və çantası Anketi təşkil edən firmanın stilisti Helen Boyla isə etdiyi qiymətləndirmədə, qadınların özlərini digər qadınlarla əlaqələndirdikləri üçün bir-birlərinə baxdıqlarını ifadə edərək, qadınların həmcinslərinin paltarlarına, saçlarına, və fiqurlarına baxmasının olduqca təbii olduğunu söylədi.
Tarix: 10.05.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri