Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyini qorumaq istəyən xanımlar üçün

Proteinlə zəngin qida
Toyuğun sinəsi, balıq, lobya, əncil və tərkibində protein olan qidalar elə maddələrdir ki, onlar bədəndə olan mikroblarla mübarizə aparırlar. O zaman ki, protein həzm olunur, amin turşuları azad olur ki, o da hüceyrələrin yaranmasında böyük rol oynayır. Əgər bu amin turşularının səviyyəsi yüksək olarsa, dəri hüceyrələrinin yenilənməsi gözəl şəkildə yerinə yetirilər. Tövsiyə edirik ki, yağsız protein qəbul edəsiniz.

Zeytun yağı dərinin dostudur


Zeytun yağı dəri hüceyrəsini qışasını yağlayar və dərini daha yumşaq və lətif edər. Zeytun yağınıın tərkibində iltihaba qarşı da yağ turşuları vardır. Bu yağın tərkibində E vitamini və polifenol vardır.
Bu iki maddə dəriyə zərər vura bilən bir çox bakteriyaların qarşısını alır. Tövsiyə edirik ki, gündəlik həyatınızda zeytun yağından istifadə edəsiniz.

Xırda meyvələrə xüsusi diqqət edin


Xırda meyvələrin tərkibində başqa meyvələrdən daha çox vitamin vardır. Nə qədər bacarırsınız xar tut, moruq, böyürtkən və sair yeyin. Bu meyvələr dəri sızanaqlarının qarşısını alır. Bunu da qeyd etmək lazımdır ki, qırmızı almanı qabığı ilə yeyin.

Sarımsaq

Sarımsağın tərkibində polifenol vardır ki, dərini mühafizə edir. Bir diş sarımsaq həmişə əlinizin altında olsun. Yeməklərinizə əzilmiş sarımsaq əlavə edin. Tövsiyə edirik ki, gün ərzində bir dənə sarımsaq yeyin.

Balıq yeyin


Balıqların tərkibində Omeqa-3 vardır. Bu da dəriyə gözəl təsir edir.
Bundan başqa Omeqa-3 hüceyrələrə su çatdırır. Tövsiyə edirik ki, həftə ərzində iki dəfə balıq yeyəsiniz.

Yaşıl çay


Yaşıl çay üz dərisi üçün çox faydalıdır. Gün ərzində 4 stəkan yaşıl çay içməyə çalışın. Əgər kofeinə qarşı həssassınızsa, saat 3-dən sonra yaşıl çay içməkdən çəkinin.


Tarix: 21.12.2012 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 334 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...