Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik üçün böyürtkən maskası

Qocalıq izlərini aradan qaldırmaq üçün böyürtkən çox faydalıdır. Amma qarşıda dəri üçün əhəmiyyətindən bəhs edəcəyik. Bu giləmeyvə dəriyə təravətlilik gətirir.

Böyürtkənin dəri üçün yağı da var. Eyniylə ərik, badam yağında olduğu kimi böyürtkənin yağının olduğu C vitamini sayəsində təptəzə bir dəriyə qovuşmağınız mümkündür.

Böyürtkən yağı dəriyə və saçlara canlılıq gətirir. Peeling edərkən tərkibində böyürtkən yağı olan kremlərdən istifadə etsəniz gözəlliyinizi təmin etmiş olarsınız. Eyni zamanda saça qulluq zamanı da bu yağ çox əhəmiyyətlidir.

Maskanın hazırlanması qaydası

5 ədəd iri böyürtkəni əzin. Içinə süd əlavə edərək onu sıyıq halına gətirin. Gecə yatmazdan öncə hazırladığınız məhlulu təmiz dəriyə maska şəklində vurun. Sonra uzanın və heç bir şey düşünmədən yarım saat istirahət edin. Su ilə maskanı təmizləyib yatın.

Yağlı dəriyə sahib olanlar isə bu bitkinin yarpaqlarından faydalana bilərlər.


Tarix: 24.12.2012 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...