Beləki saç yumaq üçün 5 məsləhətdən faydalanın.
Şampunu saçınıza sürməzdən əvvəl, onları tamami ilə isladın. Duş altında ən azı 1 dəqiqə durun, saçlarınız uzundursa onları aralıyaraq yaxşıca isladın. Su nə çox isti nə də çox soyuq olmalıdı, siz özünüzü komfortlu hiss etməlisiniz.
Əlinizə böyük qəpik ölçüsündə şampun sıxın, sonra onu əlinizin içində yayın və saçınızın dibindən başlayaraq uclarınadək sürtün. Başınızı dairəvi hərəkətlərlə massaj eləyərək, şampunu saçlarınıza yedirdin.
Şampunu yumazdan əvvəl, barmaqlarınız ilə daraq kimi saçlarınızdan keçirin ki, şampunun tam saçlarınızı əhatə etdiyinə əmin olasınız. Bu zaman saçlarınızı yonmayın, sadə hərəkətlə bunu edin.
Şampunun yuyulması onun sürtülməsindən belə vacibdir və ikiqat zaman tələb edir. Şampunun yuyulması üçün 5 dəqiqə ayırmanız məsləhət görülür. Sınayın – bu sonra vərdiş halını alacaq və siz saçlarınıza düzgün qulluq etmiş olacaqsınız. Əgər şampunu tam yumasanız saçlarınızın rəngi solacaq, şampun qalıqları qabığ yaradacaq.
Daha cürətlilər sonda saçlarını buz kimi su ilə yaxalaya bilərlər. Bu saçlara daha çox parıltı verər. Soyuq su qabığın qarşısını alır, qan dövranını yaxşılaşdırır, bu da saçların uzanmasına səbəb olur.
Unutmayın saçlarınızı qurudarkən, onları mələfə ilə çox sürtməyin. Yaş saçlar daha çox həssas olurlar və onların daha çox baxıma ehtiyacları olur. Təsəvvür edin ki, sizin saçlar ipəkdəndi, onları asta hərəkətlərlə qurudun, saçınızın ucunda olan suyu sıxmayı da unutmayın.
Tarix: 25.12.2012 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri