Bəzən üzümüzün həddindən çox qırmızı olması əsəblərimizi yerindən oynada bilər. Əgər hər hansı bir günəş yanığınız yoxdursa və üzünüz qırmızıdırsa, deməli,bunun bir səbəbi var. Üzünüzdəki qırmızılıq dəri altındakı qan damarlarının genişləməsi səbəbiylə yanaq, alın, burun və çənədə meydana gələn xroniki bir dəri xəstəliyidir. Dəqiq bir müalicəsi olmasa da çox günəş altında qalmamaq və ədviyyatlı qidaları azaldaraq qarşısını almaq olar.
Ev təmizləmə məhsulları, plastik qablar və boyalar kimi bəzi maddələrə qarşı həssaslıq və yaxud allergiya da qırmızı ləkəli bir dəriyə sahib olmanıza səbəb ola bilər. Bəzi maddələri istifadə edərkən üzünüzdə bir alovlanma olduğunu fərq etsəniz dərhal o maddəni rədd edərək əl-üzünüzü yaxşıca yuyun.
Dərinizin qırmızı olması quru dəridən də qaynaqlana bilər. Qırmızı dərinizi ört-basdır etmək üçün istifadə etdiyiniz makiyaj məhsullarından da ehtiyatla istifadə etməyiniz məsləhət görülür.Çünki bilmədən üzünüzdəki problemi daha da dərinləşdirə bilərsiniz.
Tarix: 25.11.2012 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 509 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri