Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl Qadınlar Sədaqətsizmiş

Gözəl qadınlar sədaqətsizmiş!
İngiltərədə edilən bir araşdırmanın nəticələrinə görə, xəyanət etmək, qadının genindən qaynaqlanır. Yaxşı, bu gen hansı qadınlarda var? Görəsən biz də fərq etmədən "aldatma genləri" daşıyırıqmı?
Aldatma üzərinə maraqlı gerçəklər…
Alman Bild am Sonntag Qəzetində iştirak edən xəbərdə, Londondakı St. Tomas Xəstəxanasında Prof. Tim Spector və qrupu tərəfindən edilən araşdırmaya yer verildi. Qadınlara aldatma vərdişləri haqqında suallar soruşularaq məlumat alınarkən, çıxan nəticə olduqca çaşdırıcı oldu:
Qadınlardan yüzdə 23′ü yoldaşını aldatdığını söylədi. Daha maraqlısı əkiz qardaşlardan biri, yoldaşını aldatdığını söylədisə digər qardaşın da xəyanət etmə ehtimalı yüzdə 55 olaraq ortaya çıxdı. Genləri eyni olan tək yumurta əkizlərində iki qardaşın da aldatma ehtimalının daha da yüksək olduğu təyin olundu.
Prof. Spector, xəyanətin genlərlə əlaqəsi olmasının, müxtəlif genlərin bir-birinə təsir etməsindən qaynaqlana biləcəyini söylədi. Prof. Spector, "Eyni vəziyyət, insanların riski sevməsində də yaşanır. Burada da bir çox genin bir-birinə təsiri bu duyğunu ön plana çıxarır" dedi.
Gözəl qadınlar aldadır!
ABŞlı elm adamları, gözəl qadınların, yoldaşlarını və ya sevgililərini aldatma ehtimalının daha yüksək olduğunu ortaya qoydu. Araşdırma üçün yaşları 17-30 arasında dəyişən 58 qadınla üz-üzə görüşüldü.
Teksas Universiteti tərəfindən icra edilən araşdırmalara görə, gözəl qadınlarda, qadınlıq hormonu östrojenin bir növü olan ‘östradiol' adlı bir hormon var. Bu hormon səviyyəsi yüksək olan qadınların aldatma riski daha yüksək olur.
Ayrıca bu hormonun yüksək olduğu qadınlar, daha çox partner dəyişdirir. Gözəl qadınlar, ətrafındakı kişilərdən daha çox maraq görür və özlərinə etibarları daha yüksək. Buna görə də aldatmağa meylli olurlar.
Araşdırmanı edən Dr. Kristina Dayananda, bu hormon səviyyəsi yüksək olan qadınların yalnız uşaqlarına daha yaxşı bir ata və yaxşı bir ər deyil, daha çox şey istədiyini təsbit etdi.
Bu qadınların standartları yüksək olur və kişilərdən daha yüksək gözləmələri var. Ayrıca eynilə kişilərdəki testosteron hormonu yüksəkliyi kimi, cinsi istəkləri daha çox olur.


Tarix: 11.05.2013 / 13:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...