Əflatun kilsəsinin rahibi rəvayət edir:
- Bir gün biz 40 rahib sual vermək üçün Mövlananın yanına gedirdik. Onunla bazarda bir sobanın qarşısında qarşılaşdıq və sualımızı soruşduq:
- Quranda Məryəm surəsinin 71-ci ayəsində deyilir ki, içinizdən heç biriniz xaric olmamaq şərti ilə hamınız mütləq Cəhənnəmə girəcəksiniz. Bu, Allah qatında mütləq olaraq bir hökmdür. Bu ayəyə görə, istər mömin olsun, istər olmasın, hər kəs Cəhənnəmdən keçəcək, onda İslamın üstünlüyü necə bəlli olacaqdır?
Mövlana sualı belə cavablandırdı:
- Bəli! Ayədən bilindiyi kimi, hər kəs Cəhənnəmdən keçəcək. Ancaq möminlər Cəhənnəmə girdikləri zaman Cəhənnəm atəşi onları yandırmayacaq. Hətta Cəhənnəm atəşi möminlərə belə deyəcək:
- Ey mömin, tez keç! Nurun atəşimi söndürür!
Lakin eyni atəş Allahın əmri ilə inanmayanları yandıracaqdır. Atəş eyni atəşdir, lakin əmr müxtəlifdir.
Mövlana açıqlamasını isbatlayıb rahiblərin çaşqınlıqlarını aradan qaldırmaq üçün belə davam etdi:
- İstəyirsinizsə burada sınayaq və sizə bunun doğruluğunu göstərək.
Biz rahiblər bu sınağı görmək istədiyimizi söylədikdə isə köynəklərimizi çıxarmağımızı istədi. Köynəklərimizi çıxarıb ona verdik. O da köynəklərimizi əbasının içinə qoyub sarıdı və eləcə sobanın içinə atdı.
Bir müddət sonra sobanın qapağını açıb, əlini alovun içinə salıb əbanı götürdü və qarşımıza qoydu. Alovun içindən çıxmış əbada kiçik bir yanıq izi belə yox idi. Ancaq əbanın içini açanda bizim köynəklərimizin hamısının yanıb kül olduğunu gördük. Biz rahiblər heyrətə düşərək yanmış köynəklərimizə və Mövlananın yanmamış əbasına baxarkən o belə dedi:
- Ey rahiblər! Gördüyünüz kimi, biz atəşə belə girərik, siz də belə! Bu sözdən sonra bir-birimizə baxdıq və hamımız içimizdə yaranan imanı etiraf etdik. O gündən sonra İslam üçün çalışacağımıza söz verdik.
Tarix: 01.12.2014 / 15:40 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Maraqli Hekayeler