Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Borcum nə qədərdir?

Soyuq bir qış gecəsində evə dönərkən, sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola çapalayırdı və yanındakı dirəyə sarılmışdı.
Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr etdim. Yaşı 30-dan çox olardı. Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə təmiz idi. Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib gülürdülər.
Yavaşca yanına gedib:
- Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı?
Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:
- Xəstəyəm!..

Yerə yıxılmaması üçün, bir qolumu belinə dolayaraq taksi gözləməyə başladım. Axşam vaxtlarında kəsilən qar təkrar yağmağa başlamış və yavaş-yavaş buzlanmağa başlayan yollarda, bir-biriylə yarışan küçə itlərinin xaricində bir həyat əlaməti qalmamışdı.

Avtomobil tapmaqdan ümidimi kəsdiyim sırada, yanımda bir taksi dayandı. Sürücüyə vəziyyəti izah edərək tələsməmiz lazım olduğunu söylədim. Xəstəmizi arxa kresloya yatırdaraq xəstəxanaya apardıq və köçürülən sistem qurtarana qədər başında gözlədik.

Növbətçi həkim, xəstəni heç olmasa donmaqdan qurtardığımızı ifadə edir, gənc adam isə, hələ danışa bilmədiyi üçün, bizə baxıb gülümsəməklə kifayətlənirdi. Sürücü də yanımda idi... Xəstəmiz bir müddət sonra özünə gəldi. Onu təkrar avtomobilə mindirib evinə apardıq.

Xəstəmizin yoldaşı, onun tez-tez şəkər komasına girdiyini bildiyindən dəhşətli bir çaxnaşmaya düşmüşdü və oğulunu da götürərək küçəyə çıxmışdı. Bizi görüncə qaçaraq yanımıza gəldilər və böyük bir sevinc içində qucaqlaşdılar.

Saatlarla sürən yorğunluğumuzdan əsər belə qalmamış, bizə necə təşəkkür edəcəyini çaşan o ailənin xoşbəxtliyi qarşısında gözlərəmiz dolmuş idi.
Əllərimizə sarılaraq bizi yola saldıqlarında, sürücüdən “Borcum nə qədərdir?” -soruşdum.
Başını yelləyərək:
- Borclu deyil, Borc verənsən Dostum!.. -dedi. Çünki belə bir yaxşılığa məni də ortaq etdin. Amma bəlkə də iyirmi ildir ağlamaəı unudan bir adama bu gözəl duyğunu xatırlatdığın üçün, borc verən vəziyyətə düşdün.

O mərd adamla qucaqlaşıb ayrılarkən, gecənin ayazını hiss etmir və evimə piyada dönmək istəyirdim.
Kim bilər? Bəlkə də yolumun üzərində, köməyimi gözləyən bir insan daha tapa bilərdim...


Tarix: 01.12.2014 / 14:52 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Maraqli Hekayeler
loading...