Gözləri kor,ayaqları şikəst bir kişi yol
kənarındakı ağacın kölgəsində əllərini
açmış,görməyən gözlərini bir nöqtəyə
dikərək dua edirdi: - Ey bir çox zənginə
vermədiyi nemətləri mənə verən
Rəbbim, yarpaqların, ulduzların sayı qədər Sənə şükrlər olsun! Bu vaxt
buradan keçən İsa peyğəmbər
(aleyhissəlam) kişinin bu duasını
eşidərək ayaq saxlayır və ona
yaxınlaşıb buyurur: - Ey Allahın qulu,
sənin üzərində nə nemətlər vardır ki, bir çox zənginə vermədiyi neməti mənə
verən Rəbbim, deyə dua edirsən? Dua
edən görməyən gözləri ilə səs gələn
tərəfə yönəlir və cavab verir: - Rəbbim
mənə elə bir qəlb vermişdir ki, o qəlb ilə
Onu tanıyıram. Elə bir dil vermişdir ki o dillə də Ona şükr edirəm. Onu
tanımaqdan daha üstün nemət, Ona
şükr etməkdən daha böyük hidayət
olarmı? Halbuki, nə qədər zənginlər,
sağlamlar var ki, ürəyində Onu tanıma,
dilində də Ona şükr etmə xoşbəxtliyi yoxdur. Bax, bunu düşünərək bu cür
dua edirəm: - Nə qədər zənginlərə
vermədiyi hidayət nemətini mənə lütf
edən Rəbbimə, yarpaqların, ulduzların
sayı qədər şükrlər, həmd sənalar olsun!
Bu cavab qarşısında İsa peyğəmbər (aleyhissəlam) yerə çöküb kişin
gözlərindən öpür. Peyğəmbərin
dodaqları dəyən gözlər elə o an
açılır.Kişi çaşqın və sevincək halda
baxdığı İsa peyğəmbərə
(aleyhissəlam) : -Sən Allahın izni ilə ölüləri dirildən, xəstələrə şəfa verən və
digər möcüzələrin sahibi İsa
peyğəmbər deyilsənmi? -Kimliyim hələ
də məlum olmadımı? -Əlbəttə,
gözlərimdən məlum oldu.Amma
ayaqlarımdan hələ də məlum deyil. - Qalx ayağa!Bəlkə ayaqlarından da
məlum oldu. Kişi cəld ayağa qalxarkən,
ayaqlarının da düzəldiyini gördü.Və: -
Ey Allahın Nəbisi, icazə ver sahib
olduğum bu bənzərsiz nemətlərin
şükrü üçün dərhal şükr səcdəmi edim- deyərək səcdəyə getdi: - Ey Rəbbim,
səni tanıyan bir ürəklə, şükr edən bir dil
nemətinin şükründən aciz ikən, indi Sən
mənə görən iki göz, gedən iki də ayaq
lütf etdin,bəs bu nemətlərin şükrünü
necə ödəyəcəyəm? -Bu arada ətrafı əhatəyə almış insan kütləsi İsa
peyğəmbərin (aleyhissəlam) əlini
öpmək istəyir.Ancaq Allah nəbisi
buyurur: - Əli öpüləcək insan, sahib
olduğu nemətlərin fərqinə varan şükr
səcdəsindəki bu insandır. Onun əlini öpün! İnsanlar isə: - Onu səcdəyə
endirən nemətlərə bizlər ta anadan
olandan sahibik,amma belə şükr
səcdəsinə çatacaq dərəcədə sevindirici
bir nemətə sahib olduğumuzu heç
düşünməmişdik. İsa peyğəmbər (aleyhissəlam) buyurur: - Düşünən
insan, sahib olduğu nemətlərin fərqinə
varar, düşünməyən insan da özünü o
nemətlərdən məhrum sanar.!
Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 296 Bölmə: Maraqli Hekayeler