Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atlı və kor

çöl istisində atıyla səyahət edən bir atlı tapmış olduğu bir ağac kölgəsində, həm atı həm də özünün istirahət etməsi üçün bir fasilə verər. Lakin atını o ağaca bağlaya biləcəyi qədər uzun bir incə kəndir tapa bilmədi. Ətrafına baxdıqda işini həll edə biləcəyi bir qalın ağac budağı tapar. O qalın budağı ağacın kölgəsinə çaxaraq atını o budağa bağlar. Ehtiyacı qədər istirahət etdikdən sonra, yola davam etmək üzrə hazırlanar. Elə atını bağladığı o budağı qumdan çıxaracaqkən birden dayanıb düşünər. Mən bu qədər məsafədən gəldim və yolumda yalnız bu ağacın kölgəsindən istifadə edərək yalnız mən deyil, atımda istirahət etdi. Yaxşısımı bu budağı çıxartmayımki , bəlkə məndən sonra başqa bir atlınında atıyla istirahət etmək üçün fasilə verdiyində bu budaqdan istifadə edər, deyib o budağı çıxarmaqdan imtina edər və yola davam edər.
çöl istisində öz başına səyahət edən bir KOR yolçu elə bu ağacın altında fasilə üçün dayanacaqkən ayağı o budağa ilişib birdən yerə düşər. Ay Allah, çölün orasındakı ağacın altındakı bu budağın nə işi vardır deyib, məndən sonra bəlkə başqa bir kor yolçu bu budağa ilişib yerə düşməsin deyə, o budağı yerindən çıxarıb atar.
İndi hansı doğru olanı etmiş deyə özümüzdən soruşduğumuzda , cavabımız nə olar? Görəsən o ağacın altına budağı çaxan özündən sonra gələcək bir başqasını düşünən atlımı , yoxsa ilişib yerə düşüb canını yandırmaması üçün özündən sonrakı başqa bir kor yolçunu düşünən və oradan çıxarıb atan o kor yolçumu?
Əlbəttə ikisi də haqlıdır və özlərindən sonrakı insanları düşünüb vəzifələrini etmiş yerinə yetirmişlər.
Görəsən bizlər , bizlərdən sonra gələcəklərə nələr edirik və saxlayırıq???


Tarix: 01.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqli Hekayeler
loading...