Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha bir təcrübə haqqında...

Bir qurbağanı götürüb qaynar suya atanda xilas olmağa çalışır.Ancaq bir qurbağanı götürüb ilıq suya atanda xilas olmaq barədə düşünmür.Üstəlik suyun temperaturu artdıqca çox qəribə bir şey baş verir.

Belə ki,temperatur artsa da,qurbağa heç bir rekasiya vermir.Əksinə,o “öznüdənrazı” bir təsir bağışlayır.Nəhayət,iş o yerə çatır ki,qurbağanın təcrübə qabından çıxmağa gücü qalmır.



Halbuki,onun təcrübə qabından çıxmasına mane olan heç bir şey yoxdur.Ancaq buna baxmayaraq,qurbağa yenə də orada oturub “məlum sonu” gözləyir.Bəs səbəb?..Əslində səbəb qurbağanın daxilindəki “təhlükələri qəbul edən cihaz”dadaır.Sadəcə olaraq,bu “cihaz” qurbağanın ətrafındakı sürətli və ani dəyişiklərə görə hesablanır,yavaş və tədrici dəyişiklərə görə yox...

Əslində günahlarımız da belədir.Günhanhlarımız artıqca “suyumuz qızır”.Əvvəlcə “özümüzdən razı” kimi görsənsək də,müəyyən bir müddətdən sonra “sudan” çıxmağa gücümüz qalmır.Və artıq geriyə yol yoxdur...


Tarix: 01.12.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqli Hekayeler
loading...