İmam Sadiq (ə) Loğman (ə) oğluna dedi: "Oğlum! Hər şeyin üç əlaməti vardır ki, onunla tanınar və sorular.
Dinin də üç əlaməti vardır: Elm, iman və ona (elminə) əməl etmək.
İmanın da üç əlaməti vardır: ALLAHA, Onun kitablarına və mələklərinə iman bəsləmək.
Alimin 3 əlaməti vardır: ALLAHI, Onun sevdiklərini və Onun bəyənmədiklərini tanıyar.
Möminin 3 əlaməti vardır: Namaz, Oruc, Zəkat.
Təkəllüfə (zəhmətə) salanın 3 əlaməti vardır: özündən böyüklə mübahisə edər, bilmədiyini danışar və bacara bilməyəcəyi işin dalınca düşər.
Zalımın 3 əlaməti vardır: Özündən böyüyə qarşı çıxmaqla, özündən aşağıya güc gəlməklə və zalımlara kömək etməklə zülm edər.
Münafiqin 3 əlaməti vardır: Dili ürəyi ilə, ürəyi əməli ilə və zahiri batini ilə ziddir.
Günahkarın 3 əlaməti vardır: xəyanət edər, yalan danışar və özü öz dediyini inkar edər.
Riyakarın 3 əlaməti vardır: təklikdə halsız, başqalarının yanında şad olar və tərif olunmaq üçün iş görər.
Paxıl adamın 3 əlaməti vardır: yanında olmayanın qeybətini, gördüyünə yaltaqlıq və çətinliyə düşmüş adama tənə vurar.
İsrafkarın 3 əlaməti vardır: Lazımı olmadığı şeyi alar, ehtiyacı olmadığı şeyi geyinər və ehtiyacı olmadığı şeyi yeyər.
Tənbəlin 3 əlaməti vardır : o qədər süst olar ki, səhlənkarlıq edər. Səhlənkarlıq nəticəsində işləri xarab edər və xarab etdiyinə görə, günaha mürtəkib olar.
Qafilin 3 əlaməti vardır: səhv etmək, əyləncə və unutqanlıq.
Tarix: 01.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Maraqli Hekayeler