Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlvida balacam

Eyni məhəllədə yaşayırdıq. Hər gün bir qızla gəlirdi evə. Adını heç kim bilmirdi. Hamı onun haqqında
müxtəlif şeylər danışardı, ancaq heç kim kim olduğunu bilməzdi.Ya şıl gözlü, əsmər bir oğlandı.
Məhəllənin bütün qızları ona heyran idi. Mən isə nifrət edirdim ona... Çox fərqli bir insandi... Bütün gecə otağının işıqları yanardı. Yatmaq
yerinə bütün gecə onun evini seyr edərdim. Ondan xoşum gəlməsə də, artıq hər şeyi ilə maraqlanırdım. Bir gun başa düşdüm ki, indiyə qədər özümü
aldatmışam. Ona qarşı hiss etdiyim şey sevgi imiş. O gündən sonra o evə gəlməmiş yata bilmirdim. Yanında gətirdiyi qızları qısqanırdım. Hamı onun pis insan
olduğunu söyləsə də, mən həmişə onu müdafiə edirdim. Onunla qarşılaşmaq üçün bütün günümü qapı önünde keçirirdim... Bir gün yenə onu gördüm. Mənə göz vurdu.
Yanımdan ötənde onu çağırdım, amma "Işim var balacam"- deyibuzaqlaşdı. Mənə " balacam " demişdi. Yeni aramızdakı yaş fərqini xatırlatmışdı mənə. Evə gedib bütün günü ağladım. Amma qərarımı vermişdim. Ona eşqimi e'lan edəcəkdim. Onu sevdiyimi söyləməli idim ona!!!
Bir gün yenə qapıönündə dayanıb yolunu gözləyirdim. Gəldiyini görəndə mən də arxasınca getdim. Evine girdi. Bir az gözlədikdən sonra qapını
döydüm. Qapını açdı, " Nə lazımdır, balacam?
"-dedi. "Səni sevirəm" - dedim.
Üzümə baxıb astaca gülümsədi, "
Hə..."-dedi yavaşca. " Nə hə? "-
deyə sual verdim, heç nə demədi.
Qaçaraq evindən çıxdım, otağıma girib bir ay heç yerə çıxmadım. Bir
gün qızlarla söhbət edərken onunevinə tə'cili yardım maşını geldi.
Onu evindən çıxarıb tə'cili yardım maşınına apardılar. Hamı diqqətlə ona baxırdı. Onu yanımızdan keçirəndə yavaşca gözünü açdı, mənə baxdı ve " Mən də səni,
balacam. "- dedi ve gözlərini yumdu. Qıpqırmızı olmuşdum. Hamı mənə
baxırdi. Ağlayaraq qaçmağa başladım.
Axşama qədər evə getmədim. Bütün günü ağlayayaraq küçələrigəzdim.
Axşam evə gəldim. Anamgil ondan danışırdılar. Sevdiyi bir qiz varmış bir vaxtlar. Ailəsi onunlaevlənməsinə icazə vermədiyi
üçün qız evdən qaçıb. Küçədə tək-tənha gəzərkən küçə avaraları onu tutub öldürürlər. O gündən sonra cavan oğlan küçədə nə qədər evsiz-eşiksiz qızlar görsə, evə
gətirirmiş.
Bu günə qədər hansı qıza könül verib sevibsə, hamısı ölüb. Son vaxtlarda da bir qizi dünyalar qeder sevirmiş. Ona görə də özünə qəsd edib, sonra xestexanaya zəng edib.
Polisler evin divarlarında " Balacam
" yazılarını tapıblar. "Balacam sən də ölme!!! " yazılıbmış bütün divarlara. Balacam, mən də sənisevdim... çox sevdim...
Başqaları kimi sən də ölmə deyə mən öldüm...
əlvida, balacam!.


Tarix: 22.11.2014 / 23:25 Müəllif: Aziza Baxılıb: 142 Bölmə: Maraqli Hekayeler
loading...