Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarəb, Mənim Günahımı Bağışla..

Yarəb, mənim günahımı bağışla.. Günahlar içində boğuldum, batdım,
Əlimi duayla sənə uzatdım.
Heyif ömrümü bihudə qocaltdım,
Yarəb, mənim, günahımı bağışla. Əllərimdə min açarsız kilidim,
Səni tapanda anladım, kim idim.
Sənin mərhəmətin, mənim ümidim,
Yarəb, mənim, günahımı bağışla. Sən ki, bizə özümüzdən yaxınsan,
Sənin əllərində hər müşkül asan.
Biz yaratdığın, sənsə yaradansan,
Yarəb, mənim, günahımı bağışla. Rəhmət yağmuru tək ürəyimə dol,
Dərgahına çıxsın, getdim hər yol.
Sən özün, mənim nəfsimə hakim ol,
Yarəb, mənim, günahımı bağışla. Zaman su tək axdı, getdi bilmədim,
Üzümü haqq torpağına sürtmədim.
Bəlkə qismət olmadı, heç gəlmədim,
Yarəb, mənim, günahımı bağışla. Bədənim dil açar, bağlanar çənəm,
İcazəm olmaz ki, danışam, dinəm.
Aciz qulunam, günahkar bəndənəm,
Yarəb, mənim, günahımı bağışla. Kim dedi ki, günahkardan uzaqsan,
Yazığa, məzluma yarsan, dayaqsan,
Sən Kərimsən, sən Rəhmansan, sən
Haqqsan,
Yarəb, mənim, günahımı bağışla. Günahkarların tək ümid yerisən,
Sahibi məkansan, hər an dirisən,
Sən rəhimlilərin rəhimlisisən,
Yarəb, mənim, günahımı bağışla. Rəhimli səcdəndədi, şükrənallah,
Qovuşacaq rəhmətinə inşallah,
Adı doxsan doqquz, özü tək allah,
Yarəb, mənim, günahımı bağışla.

Müəllif: Aygun Rehimli


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 296 Bölmə: Maraqli Hekayeler
loading...