Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerTofiq Bayram - Qadin Ureyi

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd Ardı »

Maraqli HekayelerVicdan əzabı...

1993-cü ilin mart ayında Cənubi Afrikalı fotomüxbir Kevin Karter Sudanda vətəndaş müharibəsinin gətirdiyi aclığı çəkmək üçün bu ölkəyə getdi. İlk şəkillərini Ayod adlı bir kənddə çəkdi. Mənzərə həqiqətən də çox dəhşətli idi. Hər saatda orta hesabla 20 adam ölürdü.

Kevin Karter şəkil çəkəndə birdən bir kolluğun dibində yatan balaca qız gördü. "Qarnı kürəyinə yapışan" bu balaca qız ölümünü gözləyirdi. Bu əlbəttə ki, bir fotomüxbir üçün "qeyri-adi" fürsət idi.

dünyanın ən maraq doğuran şəkillərindən biri

Qızın şəklini çəkmək istəyirdi ki, 5 metr aralıya bir kərkəs qondu. Karter "daha təsirli" bir kadr almaq üçün 20 dəqiqə kərkəsin qanadlarını açmasını gözlədi. Ancaq nə qədər gözləsə də, kərkəs Ardı »

Maraqli HekayelerGəlincik

60 il bir yerdə ömür sürmüş ər-arvad bu illər ərzində heç nəyi gizli saxlamır, bütün sirlərini bir-birilə bölüşürlər. Aralarında yeganə sirr olaraq qalan bir ayaqqabı
qutusu olur. Qadın həyat yoldaşından qutunu yalnız o dünyasını dəyişdikdən sonra açmağı xahiş edir. Günlərin bir günü qadının vəziyyəti ağırlaşır, əri ondan
qutunu açmağa icazə verməsini xahiş edir. Qadın razılıq verir. Qutunun içindən bir cüt gəlincik və 6000 manat pul çıxır. Kişi bunların nə məna daşıdığını soruşduqda qadın deyir:
-60 il əvvəl sənə ərə gələrkən anam mənə belə bir nəsihət etdi:"Səbirli və təmkinli ol. Ərin sənə hirsləndiyi zaman ona bir söz demə, bir gəlincik düzəldib qutunun içinə Ardı »

Maraqli HekayelerHatiko

Hatiko- akita-inu cinsindən olan bu it Yaponiyanın sadiqlik və vəfalılıq rəmzidir.
Hatikonun sahibi Tokio universitetinin professoru hər gün metro ilə işə gedirmiş. Və Hatiko onu hər gün metro stansiyasından işə, işdən evə ötürürmüş. Bu hal professorunun dərs zamanı infarktdan keçindiyi günə qədər davam etmişdir. Hər gün sahibini görmək ümidi ilə metro stansiyasına gələn it sahibini görmədiyi üçün həmin metro stansiyasında gecələyirdi. Bir neçə dəfə professorun yaxınların və dostları iti öz evlərinə aparmağa cəhd etsələr də, it qaçaraq həmin metro stansiyasına gəlirmiş. Bu hal 9 il ərzində hər gün təkrarlanmışdı. Bir gün Hatikonun cəsədi metro stansiyasının yaxınlığında hərəkətsiz qatarın altında aşkarlanmışdır. Vəfalı dostun Ardı »

Maraqli HekayelerAnama...

Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
“ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi.. Amma indi... indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim Ardı »

Maraqli HekayelerBədbəxt əsgər

Əsgərlikdən evlərinə qayıtmağa hazırlaşan oğul anasina zəng edir:

— Anacan, gələndə əsgər yoldaşımı da özümlə gətirəcəyəm.

— Nə olar, bala, gətir.

-Anacan, amma onun ayaği kəsilibdir, qəbul edərsinizmi?

-Bala, düz deyirsən gətirmə bizə əziyyət verər.

-Anacan, elə isə məni bağışla, mən ömrüm boyu sənə əziyyət verəcəyimi bilə-bilə yaşamağa haqqım yoxdur...! Ardı »

Maraqli HekayelerSəndən Nigaranam (18-ci bölüm)

Səndən Nigaranam (18-ci bölüm)

Dekabrin sonunda yeni ili kecirmek ucun Bakiya gedecekdim. Eldar da oz ailesini gormek ucun menle gelirdi. Meni anasi ile tanish etmek istese de, razi olmurdum, hazir olmadighimi deyirdim. Ad gunumde olan insidentden sonra o da cox ustume getmeyib "OK" deyib razilashirdi. Bu davranishim hem Leylani, hem de Ceffrini esebileshdirirdi. Her ikisi meni Eldara kifayet qeder diqqet ayirmamaqda, heyatimi oz elimle baghladighimda gunahlandirirdilar. Sozlerinde mueyyen qeder heqiqetin oldughunu bilsem de, bu movzunu acan kimi sohbetden qacir, bashqa movzuya kecmeyi xahish edirdim.
Bakida her ikimiz 10 gune yaxin vaxt kecirmish, bu vaxt erzinde o, nenemgille de tanish olmushdu. Ne qeder nenemgile "on moy horoshiy Ardı »

Maraqli HekayelerQodiva

Əfsanələrə görə, gözəl Qodiva qraf Leofrikin xanımı idi. Qraflığın bütün sakinlər vergilərin çox olmasında əziyyət çəkirdilər və qrafın xanımı Qodiva dəfələrlə öz həyat yoldaşından vergiləri azaltmasını xahiş edirdi. Bir gün bayramlar zamanı qraf hədsiz dərəcədə çox içir və içkili vəziyyətdə bu sözləri işlədir: "Əgər yoldaşım Qodiva qraflığın küçələrini atın belində çılpaq şəkildə keçsə, onda mən bütün vergiləri azaldacağam".

Qraf öz-özlüyündə düşünürdü ki, xanımı heç zaman bunu edə bilməz və vergilər azaldılmayacaq, amma Qodiva bu addımı atır. Şəhərin sakinləri Qodivanın xeyrxahlığına görə ona qarşı böyük sevgi və rəğbət bəsləyirdilər. Həmin gün xanım Qodiva küçələri atın üzərində keçməyə başlayanda sakinlər bütün pəncərə və Ardı »