Pul yoxsa ağıl?
Gənc oğlanın yanına sehrbaz gəlir və onun qarşısına biri pulla, biri isə ağılla dolu olan iki kisə qoyur və soruşur: «Bunların biri sənin olacaq, götür». Çox fikirləşən oğlan, nəhayət, Müdriklik kisəsini götürür və dərhal yer üzündə olan bütün müdriklərdən müdrik olur. Bunu bilən kimi dünyanın müxtəlif yerlərindən onun yanına Böyük Həqiqəti bilmək istəyən insanlar axışır və müdrikdən soruşurlar:
— Müdriklər müdriki, dahilər dahisi, bizə Əsası olanı de, dillərdə dolaşacaq böyük müdriklik barədə danış.
Müdrik dilləndi:
— Hə… Pul kisəsini götürmək lazım idi!
Tarix: 01.12.2014 / 14:21 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqli Hekayeler
loading...